

Dünya xoşbəxtlik hesabatı dərc olundu
ABŞ-ın müdafiə asılılığını azaltmaq üçün ...
AB polad idxalını 15 faiz azaltmağı planlaşdırır
Avropa Birliyi ABŞ, Böyük Britaniya və Türkiyəni müdafiə fondundan kənarlaşdıracaq
Tramp administrasiyası avropalı tərəfdaşların öz müdafiələri üçün məsuliyyət daşımasını istəyir
Ötən il Avropada yol qəzaları 19,800 nəfərin həyatına son qoyub
AB üçün strateji muxtariyyət və ərzaq təhlükəsizliyi arasında incə tarazlıq
Avropada vetolardan yayınmaq üçün ERB-ni birliyin daxilində yaradılmasının əleyhinədir
“Tramp müharibə cinayətləri komitəsindən çıxdı”
Norveçdə transformator stansiyasında təxribat şübhəsi
Qanunun aliliyinin “demək olar ki, hər cəhətdən” qəsdən pozulduğu iddia edilir
Rumıniya daha bir millətçinin prezidentliyə namizədliyini qadağan edir
Qlobal bazarlar diqqətlərini FED-in faiz qərarına yönəldir
Kanada ABŞ-ın “F-35” layihəsindən çıxa bilər
Fredrix Merz: “Biz özümüzü müdafiə edə bilərik”
Kallas planındakı rəqəm ötən il Ukraynaya verilən ümumi məbləğin iki qatıdır
Kanadanın ABŞ-la münasibətlərinin pisləşdiyi bir vaxtda Avropa Birliyinə girmək üçün hipotetik müraciət edib-etməməsi ilə bağlı müzakirələr davam etsə də, ekspertlər Kanadanın qitədən coğrafi və mədəni uzaqlığının problem yaratdığını deyirlər.
Sosial media platformaları ABŞ prezidenti Donald Trampın Ottavaya tuşlanan hədələrindən sonra Kanadanı Avropa Birliyinə üzv olmağa çağıran avropalılar və kanadalılarla doludur.
“Reddit” və “X”dəki paylaşımlarda Tramp administrasiyasının Kanadanı 51-ci dövlət etməklə hədələdiyi və ənənəvi müttəfiqlərə tariflər tətbiq etdiyi bir vaxtda Kanadanın Vaşinqtonla əlaqələri kəsmək üçün AB-yə qoşulması lazım olduğu təklifləri var.
Kanadanın 28-ci üzv dövlət olmasının tərəfdarları onun Avropa tipli ictimai səhiyyə sistemini, unikal ingilis və fransız dilli mədəniyyətini və NATO üzvlüyünü AB-yə qoşulmanın bəzi səbəbləri kimi göstərirlər.
Yeni baş nazir Mark Karni vəzifəyə gəldikdən sonra ilk rəsmi xaricə səfəri zamanı Kanadanın avropalı köklərinə istinad etdikdən sonra bu cür yeni maraqlar artıb. Baş nazir Trampın son təhdidlərini müzakirə etmək üçün Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşüb.
“Mən Fransanın və bütün Avropanın qeyri-Avropa ölkələri arasında ən Avropalı olan Kanada ilə həvəslə işləməsini təmin etmək istəyirəm”, – deyən Karni ABŞ ilə mümkün olan ən müsbət əlaqələri saxlamaq istədiyini qeyd edib.
Səfər fevralın sonunda “Abacus Data” tərəfindən aparılan sorğunun ardıncadır gerçəkləşib. Sorğuya qatılan kanadalıların 44 faizi ölkələrinin AB-yə üzv olmasının vacibliyinə inanıdığını deyib, 34 faizi isə təklifin əleyhinə olub.
Yəni bu, həqiqətən mümkündürmü? Kanada həqiqətən Aİ-yə daxil ola bilərmi?
AB qanunları nə deyir?
Avropa Komissiyasının sədri Ursula von der Leyenin sözçüsü Paula Pinho martın əvvəlində keçirdiyi brifinqdə AB-nin cəlbediciliyini göstərən sorğunun nəticələrinə görə qürur hissi keçirdiklərini söyləyib, lakin əlavə edib ki, Avropa Birliyi haqqında Müqavilənin 49-cu maddəsində yalnız Avropa dövlətləri birliyə üzvlük üçün müraciət edə bilər.
Müqavilədə deyilir: “2-ci maddədə göstərilən dəyərlərə hörmət edən və onları təşviq etməkdə qərarlı olan istənilən Avropa dövləti birliyin üzvü olmaq üçün müraciət edə bilər”.
Bununla belə, müqavilədə “Avropa dövləti”nin nədən ibarət olduğu dəqiq göstərilmir.
Lakin 1992-ci ildə o vaxtkı Avropa Birlikləri Komissiyası tərəfindən hazırlanmış sənəd coğrafi və mədəni əlaqələrin vacibliyini vurğulamaqla bizə ipucu verir.
““Avropalı” termini rəsmi olaraq müəyyən edilməyib. O, Avropa kimliyinə töhfə verən coğrafi, tarixi və mədəni elementləri bir araya gətirir”.
Sənəddə deyilir: “Yaxınlıq, ideyalar, dəyərlər və tarixi qarşılıqlı əlaqənin paylaşılan təcrübəsi sadə bir formula sığdırıla bilməz və hər bir sonrakı nəsildə yenidən nəzərdən keçirilməlidir”.
Gent Universitetinin AB hüququ professoru Peter Van Elsuveqenin sözlərinə görə, digər qitə təşkilatları da avropaçılıq üçün barometr rolunu oynaya bilər.
Van Elsuveqe bildirib ki, “Digər istinad nöqtəsi Avropa Şurasına üzvlükdür, çünki bu təşkilat həm də yalnız “Avropa dövlətləri” üçün açıqdır. Buna görə də Avropa Şurasına üzvlük “Avropanın sərhədləri” haqqında təsəvvür yaradır”.
AB-dən əvvəl yaradılmış Avropa Şurasının nizamnaməsində deyilir: “İstənilən Avropa dövləti... Nazirlər Komitəsi tərəfindən Avropa Şurasına üzv olmağa dəvət oluna bilər”.
Əvvəllər qeyri-Avropa ölkəsi AB-yə üzv olmaq üçün müraciət edibmi?
Kontinental Avropadan kənar ölkələr əvvəllər AB-yə qoşulmağa çalışdılar və hətta sonda qoşulublar da. Mədəni və siyasi cəhətdən Avropa, lakin coğrafi cəhətdən Qərbi Asiyada yerləşən Cənubi Kipr 2004-cü ildə AB-nin tamhüquqlu üzvü olub.
Türkiyə AB-yə rəsmi namizəd ölkədir, baxmayaraq ki, üzvlük danışıqları illərdir dalana dirənib.
Mərakeş 1987-ci ildə qoşulmaq üçün müraciət etdi, lakin Avropa ölkəsi olmadığı üçün rədd edilib.
Van Elsuveqenin sözlərinə görə, onların AB-yə daxil olmalarına ən böyük maneələrdən biri Cənubi Kipr və Türkiyədən fərqli olaraq Mərakeş və Kanadanın Avropa Şurasına üzv olmamasıdır.
“Kanada keçmişdə Mərakeş kimi – “Avropa dövləti” meyarına cavab vermir. Xüsusilə Kanada coğrafi cəhətdən Avropada yerləşmir, Avropa Şurasının üzvü deyil və Avropanın mədəni inkişafı ilə uzunmüddətli əlaqələri yoxdur”.
Avropanın demək olar ki, hər bir ölkəsi Avropa Şurasının üzvüdür. Kanada müşahidəçi statusuna malikdir.
Van Elsuveqe qeyd edib ki, bu vəziyyət Cənubi Kipr və Türkiyə üçün kökündən fərqlidir. Birincidə Avropa Komissiyası qərara gəlib ki, Cənubi Kiprin Avropa mədəniyyəti və sivilizasiyasının inkişafındakı rolu, eləcə də qitənin qalan hissəsi ilə sıx mədəni, siyasi və iqtisadi əlaqələri tətbiqi məqbul edir.
Türkiyənin “Avropa dövləti” kimi qəbul edilməsində coğrafiyası və tarixi rol oynayır.
Van Elsuveqe, “Avropa İqtisadi Birliyi ilə Türkiyə arasında 1963-cü ildə imzalanmış tərəfdaşlıq sazişində bu artıq belə idi. Bu müqavilədə Türkiyənin gələcəkdə mümkün üzvlük müraciətinə istinad edilirdi”.
“Cənubi Kipr və Türkiyə bu səbəbdən Kanadanın 49-cu maddəyə əsasən potensial olaraq Avropa dövləti sayıla biləcəyi qənaətinə gəlmək üçün presedent kimi istifadə edilə bilməyən olduqca spesifik hallardır”.
Buna görə də ən çox ehtimal olunan nəticə ondan ibarətdir ki, Kanada mədəni, siyasi və ya coğrafi baxımdan Avropa olmadığı üçün qanuni olaraq AB-yə qoşula bilməz və buna görə də Kanadanın hipotetik tətbiqi müqavilələrin hüquqi nəzərdən keçirilməsini tələb edəcəkdir.