

Dövlət katibinin endiyi təyyarənin trapı qarşısına salınan xalı daha çox dəsmala oxşayıb
Ottava Dəməşqə səfir göndərəcək
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Trüdo son dəfə Kanadanın baş naziri kimi partiyasına müraciət edir
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
Trüdo, Trampın tariflərini “axmaq bir şey” adlandırıb
Trampın tarifləri Meksika və Kanadanı çətin vəziyyətə saldı
Yeni tariflər ABŞ-ın üç ən böyük ticarət tərəfdaşları arasında gərginliyi artırır
Bu gündən idxala 25 faiz rüsum tətbiq ediləcək
... Böyük dövlətləri qarşı-qarşıya qoyan maddə
Trampın “51-ci ştat” ritorikası kanadalıları ABŞ-a qarşı birləşdirir
Ağıllı dizayn eniş zamanı çevrilən təyyarədə sərnişinləri xilas etməyə necə kömək etdi
Çevrilən təyyarənin içərisindən yeni görüntülər!
Toronto Hava Limanına eniş edərkən təyyarə qəzaya uğrayıb
Kanadanın müdafiə naziri Bill Bleyr bildirib ki, ölkəsi ABŞ-dan “F-35” qırıcıları almaq üçün 19 milyard dollarlıq müqavilədən çıxa və başqa variantlar axtara bilər.
Kanada Yayım Korporasiyasının (CBC) məlumatına görə, Bleyr 2023-cü ilin iyun ayında ABŞ-dan 88 ədəd “F-35” döyüş təyyarəsi alınması üçün imzalanan müqavilə ilə bağlı açıqlama verib.
Bleyr bildirib ki, ABŞ prezidenti Donald Tramp tərəfindən tariflərlə təhdid edilən Kanada 19 milyard dollarlıq müqavilədən çıxmaq və təyyarələri alternativ mənbələrdən almaq kimi variantları nəzərdən keçirir.
Ödənişi alınan və 2026-cı ildə təhvil verilməsi gözlənilən 16 “F-35”dən imtina edə bilməyəcəyini deyən Bleyr, “Biz digər alternativləri və bütün döyüş təyyarələrinin “F-35” olub-olmamasını araşdırırıq”, – deyib.
Bleyr donanmanın qalan hissəsinin Avropa şirkətlərindən alınan təyyarələrdən ibarət ola biləcəyini və Kanadada təyyarə hissələrinin yığılması kimi variantların da nəzərdən keçirildiyini qeyd edib.