Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:21 | 14 mart 2025 | Cümə
Məqaləyə 293 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Trampın 51-ci dövlət olaraq ilhaq etmək istədiyi və gömrük rüsumlarını ikiqat artıraraq ticarət müharibəsinə başladığı Kanada dünən “G7” ölkələrinin xarici işlər nazirlərini qəbul edib. ABŞ dövlət katibi Marko Rubio da ABŞ-ın yeni prezidentinin siyasətindən qəzəblənən Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın yüksək səviyyəli diplomatları ilə iki günlük danışıqlar aparmaq üçün Kanadaya yollanıb.
Marko Rubio “G7” sammiti üçün Kanadaya səfəri ABŞ-ın polad və alüminium tariflərinin qüvvəyə minməsindən bir neçə saat sonraya təsadüf edib. Marko Rubio təyyarədən enərkən indiyə qədər görünməyən diplomatik rəzalətlə qarşılanıb. Donald Trampın yaratdığı gərginlik ABŞ dövlət katibi Marko Rubionun qəbulunda da özünü göstərib. Rubionun qarşısına düzülmüş qırmızı xalını diqqətlərdən yayınmayıb.
Təyyarənin pilləkənlərində çox qısa (hamam dəsmalı boyda) olan və diplomatik qaydalara görə təhqir kimi qəbul edilə bilən qırmızı xalıya diqqət çəkiblər. Heç kimə sirr deyil ki, Kanada hazırda Donald Trampın hərəkətləri və ritorikasına görə Amerika hakimiyyət orqanlarına düşmən münasibət bəsləyir. Bu davranış həmin nifrətin tərənnümü olub.
Rubionun “G7” sammiti üçün Kvebekdə təyyarədən enməsi anı sosial mediada da geniş müzakirə olunub. “Mən də yata bilmirəm. Mən gülməli şeylər axtarıram, məsələn, Rubio “G7” sammitinə gələndə onun üçün qoyduqları qırmızı xalça kimi”, – deyib.
Rubio Kanadaya Trampın polad və alüminiuma yeni tariflər tətbiq etməyə başlamasından bir neçə saat sonra gəlib. Yeni tariflər Avropa Birliyi və Kanadanı ABŞ-dakı yaxın tərəfdaşları ilə tam hüquqlu ticarət müharibəsinə girməkdən narahat edir.
Bu iki gün ərzində Rubio Böyük Britaniya, Kanada, Almaniya, İtaliya və Yaponiyadakı həmkarları ilə görüşəcək. Bu görüşlərdə Rubionun Trampın son qərarları ilə bağlı həmkarlarından şikayətləri dinləməsi gözlənilir. Xüsusilə də Trampın ilhaq etmək istədiyi Kanada.
Həmkarlarının hər biri ilə ayrı-ayrılıqda görüşlər keçirməsi planlaşdırılan Kanada Xarici İşlər Naziri Melani Coli, “Hər görüşdə tarif məsələsini gündəmə gətirəcəyəm və amerikalılara təzyiq göstərmək üçün necə cavab verə biləcəyimizi danışacağam”, – dedi.
Rubio, öz növbəsində, çərşənbə günü etdiyi çıxışında prezidentin “sadəcə faydalı olacağını düşündüyü bir fikri paylaşdığını” söyləməklə Trampın “51-ci dövlət” ritorikasını azaltmağa çalışdı.