Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
            					
            	
                22:17 | 23 mart 2025 | Bazar
                Məqaləyə 874 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Günahkar iqlim dəyişikliyidir?
                                ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
                                Vergilər Pekinə cavabdır
                                ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
                                Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
                                Trampdan kütləvi ixtisarla hədələdi
                                Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
                                “Deportasiya qoxusunu sevirəm”
                                Kanada Rusiya müdaxiləsinə qarşı hərəkətə keçdi
                                Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
                                Kanada ABŞ mallarına tətbiq edilən bir sıra cavab rüsumlarını ləğv edəcək
                                “İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
                                Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
                                Çimərliklər bağlandı
                                ... Sosial şəbəkədə etirazlar yağdı
                                Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kanadanın ABŞ prezidenti Donald Trampla siyasi polemikaya girdiyi bir vaxtda ölkənin baş naziri Mark Karni ölkəsini erkən seçkilərə aparacaq addım atıb. Kanadanın yeni baş naziri Karni parlamenti buraxacağını və aprelin 28-nə növbədənkənar seçkilər təyin edəcəyini açıqlayıb.
Liberal Partiyanın lideri baş nazir Ottavada parlamentin buraxılmasını müzakirə etmək üçün baş qubernatorla görüşdükdən sonra jurnalistlərə bildirib ki, “Prezident Trampın ədalətsiz ticarət hərəkətləri və suverenliyimizə təhdidlər səbəbindən həyatımızın ən əhəmiyyətli böhranı ilə üzləşirik”.
“Mən kanadalılardan Prezident Trampla işləmək və hər kəs üçün işləyən yeni Kanada iqtisadiyyatı qurmaq üçün güclü və müsbət mandat istəyirəm”, deyən Karni ölkədə dəyişikliklərə ehtiyac olduğunu vurğuladı.
Karni parlamenti buraxacağını və aprelin 28-nə növbədənkənar seçkilər təyin edəcəyini açıqlayıb.
Keçmiş baş nazir Castin Trüdonu istefaya göndərdikdən sonra onu əvəz edən Liberal Partiyasının lideri Karninin qərarı yeni vəzifəyə başlamasından təxminən iki həftə sonra qəbul edilir.
***
ABŞ-ın Kanada və Meksikadan idxal etdiyi məhsullara 25 faizlik əlavə rüsum martın 4-dən başlayıb.
Kanadanı 51-ci əyalət etmək istəyini dəfələrlə təkrarlayan Tramp, daha sonra aprelin 2-dək “ABŞ-Meksika-Kanada Razılaşması (USMCA)” çərçivəsində olan məhsullara gömrük tarifləri tətbiq etməyəcəklərini açıqladı.
ABŞ prezidenti Donald Tramp ölkənin polad və alüminium idxalına əlavə rüsumların martın 12-dən qüvvəyə minəcəyini açıqlayıb.
Martın 10-da Kanadanın ən sıx məskunlaşdığı Ontario əyalətinin baş naziri Duq Ford bəyan edib ki, Ağ Ev administrasiyası yeni tariflər tətbiq etsə, Kanada da bunun müqabilində ABŞ ştatlarına verdikləri elektrik enerjisinə 25 faiz əlavə rüsum tətbiq edəcək.
Ford, lazım gələrsə, bu nisbəti artırmaqdan da çəkinməyəcəyini vurğulayaraq, “ABŞ bunu artırarsa, elektrik enerjisini tamamilə kəsməkdən çəkinməyəcəyəm. Bu ticarət müharibəsini başlatmadığı üçün Amerika xalqına çox yazığım gəlir. Məsuliyyətli yalnız bir adam var, o da prezident Trampdır”, – demişdi.
Ağ Ev martın 12-də Kanadanın Ontario əyalətinə xəbərdarlıq edib ki, ABŞ-a elektrik enerjisini tamamilə kəsmək planları “ciddi nəticələrə” səbəb ola bilər.