vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
15:54 | 21 aprel 2014 | Bazar ertəsi Məqaləyə 2379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mətbuat xidməti müəmması

Bütün məsələlər ayın sonunda dəqiqləşəcək

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı Metropoliteni» QSC-də mətbuat xidməti rəhbərinin dəyişdirildiyi barədə xəbər yayılıb. Məlumatlarda bu vəzifəyə əvvəllər «Barmek» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində, sonralar «Bakıelektrikşəbəkə»də işləyən Nəsimi Paşayevin təyin olunduğu, Nəzakət Tanrıverdiyevanın isə işdən kənarlaşdırıldığı bildirilir. Amma xəbər hələ rəsmən təsdiqlənməyib.

Belə ki, «Bakıelektrikşəbəkə»dən bu gün Modern.az saytına verilən məlumatda bildirilib ki, təyinat hələ baş tutmadığından Nizami Paşayev elə burada işinə davam edir.

Nizami Paşayevin özü isə təyinat rəsmiləşmədiyindən telefonlara cavab verməkdən yayınır.

«Bakı Metropoliten»də mətbuat xidmətinin telefonlarına hələ ki cavab verən bir kimsə yoxdur.

Prezidentin 2014-cü il fevralın 27-də imzaladığı sərəncama əsasən, «Bakı Metropoliteni»nin və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Yeni qurumun sədri vəzifəsinə bu təyinatadək «Bakıelektrikşəbəkə» ASC-nin sədr müavini işləmiş Zaur Hüseynov gətirilib.

Verilən məlumata görə, hazırda yeni qurumun formalaşdırılması prosesi gedir, QSC-nin nizamnaməsi hazırlanır. Nizamnamə hazır olandan sonra «Bakı Metropoliteni»nin yeni rəis müavinləri də ölkə başçısı tərəfindən təsdiqlənəcək.

«Bakı Metropoliteni» QSC-də hər şeyə bu ayın sonunda - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək. O zaman kimin işdə qalıb, kimin qalmayacağı da konkretləşəcək. Eləcə də «Bakı Metropoliteni»ndə struktur dəyişikliyi, mətbuat xidmətinin rəhbəri bəlli olacaq.