«Abırlı qadınının üç kişisi olmalıdır»
«Rüşvətxor məmur əslində fahişədən də pisdir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Tükənməz Anar
Dəyişən vaxtın düz yolundan yayındırmadığı, soldurmadığı, həvəsini, eşqini azalda bilmədiyi parlaq ...
-
Gündəliklər və məktublaşmalar ...
... “Ot basmış cığırlar”la “Torpağın bərəkəti”nin müqayisəsi
-
Ona görə seçiblər
“İstedadsız qrammofonlara deyil, ...”
-
“Obyektiv obraz yaratmaq lazımdır”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
-
Xalqı, vətəni sevən şairlər unudulmur
Mikayıl Müşfiq anadan olmasının 110-cu ildönümündə yad edildi
-
Cocuq Mərcanlı səfəri
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
-
«Bir qəpik öz xeyrimizə götürürdüksə, lənət olsun...»
Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»
-
Zərif duyğular şairi
Mətanəti sarsılmayan ruh, şəfqəti azalmayan qəlb, hərarəti soyumayan əllər
-
Anarla görüşmək istəyən şairi döyüblər?
Yazıçılar Birliyində qalmaqal - «Rauf Aslanovun başıma vurduğu zərbələr məni ölüm həddinə çatdırıb»
-
«Cavab almayacaqlar»
Yazıçı Anar bəzi mətbuat orqanlarına səsləndi
-
«Elə bilirlər, yağ içində böyrək kimiyəm»
Xalq şairi Zəlimxan Yaqub: «Ağrı it əzabıdır, Allah heç kəsə qismət eləməsin!»
-
Erməni yazıçının Anara sözü var...
Çubuxçuyan AYB-yə üzvü olmaq istəyir
-
«Başa düşürəm ki, Məmməd İsmayıl narazıdır»
Rəşad Məcid: «O hesab edir ki, layiq olduğu titulları əldə etməyib»
-
«AYB-yə 450 min manat ayrılıb»
Çingiz Abdullayevlə qurultay söhbəti
-
«Ticarətlə məşğul olmuruq»
«Ənənə bu il daha aktiv həyata keçiriləcək»
-
Yazıçı Anar doktor oldu
Türkiyənin Qars Qafqaz Universiteti AYB sədrinə fəxri ad verdi
Vaxt.az Azərbaycanın xalq yazıçısı, xarici ölkələrdə ən çox tanınan və oxunan detektiv yazar Çingiz Abdullayevin Modern.az saytına verdiyi müsahibəni təqdim edir:
- Bu günün Azərbaycanı XXI əsrin hansı standartlarına cavab verir, hansılarına cavab verə bilmir?
- Azərbaycanda birinci növbədə təhsilimiz əsrin standartlarına cavab verə bilmir. Təhsil çox pis vəziyyətdədir. Mən hesab edirəm ki, mütləq bunu dəyişdirmək lazımdır. İkincisi, bizim insanlar az kitab oxuyur. Böyük şəhərlərimizdə kitab mağazaları yoxdur. İcra başçılarımız hər şəhərdə hər rayonda kitab mağazaları açmalıdırlar. Üçüncüsü, təbii ki, istəyərdim ki, Qarabağ məsələsi ilə daha ciddi məşğul olaq. Xocalı barədə danışanda deyirik ki, orada xeyli adam qırılıb, uşaqlar, qadınlar öldürülüb. Amma onu demirik ki, Xocalıda dörd Milli Qəhrəman döyüşüb. Biz bu gün qəhrəmanlarımızı tanıtmalıyıq.
- Yəni ki, maarifləndirmə istiqamətində yanlışlıqlar var? Bunlar düşüncəni formalaşdırmağa imkan vermir?
- Bir ildir ki, yazıçımız Gülhüseyn Hüseynoğlu rəhmətə gedib. 90 yaşı var idi, ona universitetdə «Dəli Gülhüseyn» deyirdilər. Çünki o, ömründə bir dəfə də olsun kimdənsə rüşvət almamışdı. Azərbaycanın ideologiyası uğrunda hələ 40-cı illərdə mübarizə aparıb. O illər idi ki, ona güllələnmə verə bilərdilər. Özü də Sibirə sürgün olub. Bunu niyə yazmırlar? Hərdən lağlağı edirlər ki, əşi yazıçıdır da, o nə edə bilər ki... Amma on bir yazıçımız öz övladını Qarabağ vuruşmasında itirdi. Bunu niyə yazmırlar?! Xalq şairi Xəlil Rza, xalq yazıçısı Sabir Əhmədov övladlarını şəhid veriblər. Onlar bu cür yetişdiriblər övladlarını. Hərdən yazıçılara gülürlər, az qalır desinlər ki, axmaq-axmaq yazırlar. Amma vətən üçün şəhid yetişdirən yazıçıların adı belə çəkilmir.
- Bu yöndə ən çox nədən və kimdən narazısınız?
- 8 telekanalımız var. Hansını açırsansa səhərdən axşama ya yoğun qadınlar çörək yeyirlər, ya da şadlıq saraylarını göstərirlər. Mən bir ağıllı kitabın təbliğini heç bir kanalda görməmişəm. Ancaq şadlıq saraylarının təbliğini görmüşəm. Daha Azərbaycanda ad qalmayıb ki, onu şadlıq saraylarına verməsinlər. Bir dəfə demişəm ki, bilirəm, ermənilərə necə qalib gələcəyik. Onlar 25 ildir ki səngərdə oturub gözləyirlər ki, biz nə vaxt gəlib onları öz torpaqlarımızdan qovacağıq . Amma biz ki, bu qədər şadlıq edirik, yeyirik, oynayırıq, axırda onların ürəyi partlayıb öləcək. Deyəcəklər ki, bunlar necə millətdi ki, yalnız şadlıq evləri var?!
- Ordubadinin «Qılınc və qələm» əsərini yəqin ki, xatırlayırsınız. Bu gün XXI əsrdə qılıncla mübarizə aparmaq lazımdır yoxsa qələmlə?
- O əsər mənim çox xoşuma gəlir. Cavanlıqda bir neçə dəfə oxumuşam. Əgər istəyirsən ki, qələmin sakit olsun, yanında qılınc da olmalıdır. Sülh istəyən həmişə müharibəyə hazır olmalıdır.
- Azərbaycanı bir əcnəbiyə tanıtdıranda həmişə belə bir şablon cümlə işlədirlər: Azərbaycan Qərblə Şərqin qovşağında yerləşən bir məmləkətdir. Şərq irrasional baxış tərzidir, Qərb isə rasional-praqmatik. Bu gün yetişən Azərbaycan gəncliyi onların hansına sahiblənməlidir?
- İstərdim ki, hər ikisi olsun. Mənim yaradıcılığımda buna tez-tez rast gəlmək olar. Dünya ədəbiyyatşünasları mənim haqqımda deyir ki, Çingiz Abdullayev bir tərəfdən müsəlmandır, yəni irrasionaldır, o biri tərəfdən rasional ədəbiyyat yaradır. Müsəlman ədəbiyyatında rasional detektiv ədəbiyyat heç vaxt olmayıb. Orxan Pamuk istəyib ki, ona oxşar nə isə yazsın. Mən istəyərdim ki, cavanlarımızda rasional düşüncə tərzi olsun. Amma çox təəssüf ki, 99 faizində daha çox irrasionallıq var. Başa düşürəm bu böyüdüyü mühitin, yetişdiyi cəmiyyətin, oxuduğu ədəbiyyatın təsiridir. Amma istərdim ki, bizim uşaqlarımız bir az da rasional olsun. Yaxşı mənada rasional olsun. O mənada yox ki, getsin bir vəzifə tutub rüşvət alsın. Anlasın ki, bugünkü dünyada intellektual olmaq vacibdir. Dünyanın ən ağıllı adamı Bill Geyts öz zəkası ilə varlı olub. Azərbaycanda ən varlı adamların isə necə varlı olmaqlarını siz məndən yaxşı bilirsiniz. Azərbaycanda yüz varlı adamın arasında alim, bəstəkar, rəssam tapsanız mən başımı kəsərəm. Bax bu irrasionallıq çox pisdir. Vergi Nazirliyindən gəlib mənə deyirlər ki, sən yaradıcı insanlar arasında ən çox vergi verirsən. Deyirəm, kül başıma ki, ən çox vergini fırıldaqçı məmurlar yox, mən vermişəm. Mənim əsərimin bir ekranlaşdırılmasının xərci 50 min dollar edirsə, 39 faizini vergiyə çıxanda 19 min edir. Bu gün heç kəs 19 min manat vergi vermir.
- Deməli, XXI əsrdəki düşüncə tərzi bu gün bizdə hörmət anlayışını da dəyişib...
- İstərdim ki, bunu başa düşək. Azərbaycanda ən hörmətli adamlar həmişə yazıçılar, alimlər, ziyalılar olub. Amma bu gün ən hörmətli adamlar vəzifəlilər və pulyığanlardı. Bu belə olmamalıdır, dəyişməlidir. Rasional cəmiyyət o cəmiyyətdir ki, orada alimə, yazıçıya böyük hörmət var. Nizami Gəncəvinin qəbri min ildir ki, Gəncədədir. Bu gün də gedib ziyarət edirik. Amma orada kimlər olmayıb ki? Padşahlar, hökmdarlar, çar məmurları, raykom katibləri, heç birinin də izi-tozu da qalmayıb. Mən Kərbəlada Füzulinin qəbri üstə olmuşam. İmam Hüseyn türbəsinin yanında heç kəsin, hətta Harun ər-Rəşidin də dəfninə icazə verilməyib. Heç onları yaxın da buraxmayıblar. Amma Füzulini orada dəfn ediblər. Özü də vəsiyyətində deyib ki, məni imam Hüseynin qəbrinin kölgəsi düşən yerdə dəfn edin. Niyə bu cür ediblər? Şairə bu hörmət haradan gəlib? Özlərinə sual etsinlər. Fikirləşirlər ki, ən vacib şey puldur. Mən bir dəfə bu cür danışanda bir kişi qalxdı dedi ki, Çingiz müəllim, siz başa düşün ki, siz deyənlərin hamısı demaqogiyadır. Siz uşaqları aldadırsınız, bu gün dünyada ən vacib şey puldur. Pulun olsa hər şeyin var, yoxdursa heç kimsən. Mən də cavab verdim ki, siz burda camaatın yanında deyirsiz ki, hər şeydən üstün puldur. Neçə yaşınız var? Dedi ki, 34. Yenə sual verdim ki, uşaqlarımız var? Bildirdi ki, bir oğlu, bir qızı var. Qızı məktəbdə oxuyur, oğlu isə futbolla məşğul olur. Dedim, onda sizə bir sual verəcəyəm xahiş edirəm inciməyin, Allaha inanırsız? Dedi, əlbəttə inanıram. Oruc da tuturam. Sual etdim ki, onda bəs qorxmursan ki, Allah səni eşidə bilər. Axı sən ona inanırsan. Deyirsən ki, dünyada hər şeydən üstün puldur. İndi soruşuram, qızınızın gözlərini neçəyə satarsınız? Kişi pərt oldu. Oğlunuz futbol oynayır. Birdən Allah eşidib sizə milyon pul göndərər, amma oğlunuzun ayaqlarını alar. Kişi qorxdu. Dedim, əgər qorxursansa, onda belə demə. Puldan da gözəl şeylər var...
- Hamının yaxşı tanıdığı Dronqo Sizin məntiqi düşüncənizin övladıdır. O, məntiqi baxışlarının formalaşmasında Şərq məntiqindən istifadə edibmi?
- Bəli. Bu yaxında bir kitab bitirmişəm. Orada ərəb xəlifələri Əbu Bəkr, Ömər haqqında maraqlı məlumatlar var. Sən demə, o vaxtı ərəblərdə ərini müdafiə edən qadını öldürürmüşlər. Ömərin qadınını da bu səbəbdən öldürürlər. İmam Hüseynə ağır zərbə vurmaq üçün onun özündən əvvəl bir il altı aylıq körpə oğlunu öldürürlər. Başqa məqamlar da var. Məsələn, orada bir qadın Həcc ziyarətinə gedir. Bunun bir çox qaydaları var imiş ki, bunları şəxsən mən bilmirdim. İslam aləmində bir qadın 45 yaşına qədər Həcc ziyarətinə tək gedə bilməz. Gedəndə də elə kişi ilə getməlidir ki, o kişi ona sonradan başqa gözlə baxa bilməsin və onunla heç zaman evlənməsin. Məsələn, qadın xala oğlu, əmi oğlu ilə yox qardaşı atası həyat yoldaşı ilə gedə bilər. Mən qızımın toyunda dedim ki, hər bir abırlı Azərbaycan qadınının üç kişisi olmalıdır. Hamı pərt oldu. Sonra izah elədim ki, bəli, üç kişi olmalıdır - atası, əri və oğlu. Bu sevgi qadını mərhələli şəkildə inkişaf etdirəcək və daha da əxlaqlı edəcək. Ümumiyyətlə ata sevgisi qızı yönləndirir. Bunu əvvəl də demişəm ki, ay azərbaycanlı kişilər, bilirəm ki, hamınız oğlan istəyirsiz. Amma qızının olanda biləcəksiniz ki, Allah sizə necə xoşbəxtlik verib.
- Allahı tez-tez xatırladınız...
- Mən Kərbəlada, Məşhəddə, Nəcəfdə, Məkkə və Mədinədə olmuşam. Yerusəlimdə məsciddə dua etmişəm. Çox adam buna inanmır. Mən aqnostikəm. İnanmıram ki, məni o dünyada «saqqallı bir kişi» gözləyir, inanmıram ki, məni pərilər qarşılayacaq. Nə qədər Allaha inanmasan da, bir o qədər Allahın olduğunu sübut edirsən.
- Məmurlardan da az danışmadınız. Bu qədər narazılığın kökündə nə yatır?
- Onlar haqqında «Əclaflar qanunu» yazmışam. Bunların vətəni, torpağı bir çamadan puldur. Göz heç vaxtı doymur. Rüşvətxor məmur əslində fahişədən də pisdir, çünki fahişə bədənini satır, məmur isə vicdanını.
Qardaşım on il bundan qabaq nazir dostunun evində yeyib-içəndən sonra evə qayıdanda ayağın sındırmışdı. Aparıblar xəstəxanaya, içkili olduğu üçün elə biliblər ki, pulu yoxdu, kimsə ona yaxınlaşmayıb. Cibi də pulla dolu olub. Dörd saat yaxın sement döşəmənin üstündə qalıb. Yaxşı ki, mən gəldim, köməyimi etdim. Yoxsa heç kəs ona yaxın getməyəcəkdi...
- Bu əsrin sonundakı Azərbaycanı necə təsəvvür edirsiniz?
- Azərbaycan üçün qorxuram. Çünki məmurlar XV əsrin Fransasındakı Lüdovik düşüncəsi ilə yaşayır. Yəni bizdən sonra nə olursa olsun... Balaş Azəroğlu deyirdi ki, İranda ən böyük dini fanatiklər elə bizim azərbaycanlılardır. Mən dinin əleyhinə deyiləm. Ona qarşı müsbət fikrim var. Amma mən başa düşürəm ki, dindən necə istifadə edib onu maddi, eləcə də siyasi vasitəyə çevirə bilərlər. Dindən istifadə etməklə pul qazanacaqlar, hakimiyyətə gələcəklər. Mən bundan çox qorxuram. İstəyərdim ki, Azərbaycan indi necə inkişaf edirsə o zaman da belə inkişaf etsin. Təbii ki, korrupsiya, rüşvətxorluğun azalması şərtiylə.
Bir dəfə Konservatoriyanın yanında bir nazirlə dayanmışdıq. Yanımızda «Porshe» ilə bir cavan oğlan yolla gedən piyadanı vurdu. Kişi göyə qalxıb zərblə yerə düşdü. Oğlan maşını heç saxlamadı da. Sadəcə Rəşid Behbudova tərəf dönə bilmədiyindən məcbur olub dayandı. Nazir qışqırdı ki, adam öldürmüsən! Oğlan gülə-gülə maşından düşüb dedi ki, hə, nə olsun ki, vurmuşam da. Bax belə şeylərə görə Qubada, İsmayıllıda iğtişaşlar oldu...
- Çingiz müəllim bəlkə bütün bunların günahı neftdədir?
- Anarın bir sözü var: deyir ki, neft xalqın lənətidir. Bəli, neft xalqı korlayır.