
... Tükənməz Anar
Dəyişən vaxtın düz yolundan yayındırmadığı, soldurmadığı, həvəsini, eşqini azalda bilmədiyi parlaq ...
Dəyişən vaxtın düz yolundan yayındırmadığı, soldurmadığı, həvəsini, eşqini azalda bilmədiyi parlaq ...
... “Ot basmış cığırlar”la “Torpağın bərəkəti”nin müqayisəsi
“İstedadsız qrammofonlara deyil, ...”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
Xalq şairi Bəxtiyar Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi
Köhnəlməyən soru …
Mikayıl Müşfiq anadan olmasının 110-cu ildönümündə yad edildi
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
Bəhram Bağırzadə: «Çingiz Abdullayev ölümün gözünün içinə baxır»
Başıbəla kafenin icarədarı həbs olundu
Aydın Mirzəzadə: «Tarix sübut edir ki, ...»
Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»
AYB-dən Hacıbala Abutalıbova qarşı sərt bəyanat: «Axı nə qədər ictimaiyyəti xamlamaq olar?»
Hacıbala Abutalıbov: «Çox təəssüf edirəm ki, Yazıçılar Birliyinin rəhbərliyini indiyə qədər narahat etməyib»
Yazıçı Anar «26» kafesi ilə bağlı Hacıbala Abutalıbova kəskin cavab verdi
Çağdaş Azərbaycan ədəbiyyatında keyfiyyət etibarilə olmasa da, kəmiyyət etibarilə xeyli irəliləyiş hiss olunur. Yazıçı, roman, kitab bumları baş alıb gedir. Amma bütün bunlara baxmayaraq, bir çox ölkələrdə olduğu kimi, bizdə də ədəbiyyat bu gün də gəlir gətirən sahə hesab olunmur. Bu səbəbdən başqa ölkələrdə ədəbiyyatı maddi yöndən bir sıra könüllü xeyriyyə fondları təmin edir. Həmin fondlar müəlliflərin kitablarının nəşri və yayımı, eləcə də onlara müəyyən qonorarların verilməsi ilə məşğuldur.
Modern.az bu yazıda Azərbaycanda
fəaliyyət göstərən ədəbi-bədii fondlar barədə məlumat verəcək. İlk olaraq isə
xalq şairi, Azərbaycan sərbəst şerinin banilərindən olan Rəsul Rzanın adını
daşıyan fonddan başlayaq.
Rəsul Rza Fondu Xalq yazıçısı,
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təşəbbüsü ilə yaradılıb. Fondun
hazırkı sədri xalq şairi Fikrət Qocadır. Fond Rəsul Rza Beynəlxalq Ədəbi
Mükafatını təsis edib. Mükafat hər il R.Rzanın anadan olduğu gün aktiv
yazıçı-şairlərin bir neçəsinə təqdim olunur. Daha sonra fond gənc yazarları
təltif etmək üçün «Ümid» ədəbi mükafatını təsis edib.
Xalq şairi Fikrət Qoca fondun fəaliyyəti barədə Modern.az-a xeyriyyə təşkilatlarından maliyyələşən fondun ədəbiyyat aləmində müəyyən işlər görməsinə etdiyi cəhdlərdən danışıb: «Fondun fəaliyyəti əsasən ədəbiyyat sahəsində yazıb yaradan insanlara, xüsusən də gənclərə dəstək üzərində qurulub. Fondun maliyyə imkanlarını da nəzərə alırıq. Çünki fondun xüsusi məşğul olduğu ticarəti-zadı yoxdur. Sadəcə xeyriyyə təşkilatlarının köməyi nəticəsində maliyyə məsələlərini həll edə bilirik. Fondun maliyyəsi hesabına 30-a yaxın yazıçı-şairin kitabını çap etmişik. Hər il Rəsul Rzanın anadan olduğu gündə, yəni mayın 19-da Beynəlxalq Rəsul Rza mükafatı ilə seçilən xarici və yerli yazıçı-şairləri təltif edirik. Xarici yazıçılardan bu mükafata Çingiz Aytmatov, Oljas Süleymanov kimi məşhurlar layiq görülüb. O cümlədən bizim yerli cavan, eləcə də yaşlı yazıçılar bu mükafatla təltif olunur. Başda Yazıçılar Birliyinin sədri Anar olmaqla fondun idarə heyəti həmin yazıçıları təyin edir. Biz o zamana mütləq onların yazılarını və uğurlarını gözdən keçiririk. Bu il ənənə daha aktiv şəkildə həyata keçiriləcək».