vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
14:58 | 3 may 2013 | Cümə Məqaləyə 2447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Amerikanı vahimədə saxlayan yirtıcı

Snakehead ABŞ-ın ən önəmli simvollarından sayılan göldə də peyda olub

lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Afrika və Asiya sularında yaşayan yırtıcı snakehead balığı ABŞ-ın ən önəmli simvollarından sayılan Central Parkdakı Harlem gölündə də peyda olub. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, böyük ağızı və kəskin dişləri olan, uzunluğu 1 metrə çatan snakehead balığı yırtıcılığı və yaşadığı ekosistemi istila etməsi ilə məşhurdur.

Bu səbəbdən də ona “Fishzilla” adı verilib. Qurbağa və böcəklərlə qidalanan bu balıq sudan kənarda və buz altında da günlərlə yaşaya bilir. Snakehead balığı Harlem gölündə həvəskar balıqçı tərəfindən tutulub və bundan sonra Nyu-York ştatının Ətraf Mühiti Mühafizə Departamenti hərəkətə keçib. Harlem gölündə Snakehead balığının artmaması üçün onun ovlanmasına başlanılıb. Gölün ətrafında isə xəbərdarlıq lövhələri asılıb. Lövhələrdə snakehead balığının ekosistemi təhdid etdiyi və bu balıqların tutulduqdan sonra təkrar gölə buraxılmaması gərəkdiyi vurğulanır. Bu balıqları tutaraq öldürən şəxslərə 200 dollar mükafat veriləcək. Snakehead balığının Nyu-Yorkdakı digər göl və çaylara yayılmasından əndişələnən rəsmilər bu balığın Harlem gölündə necə peyda olunduğunu müəyyənləşdirməyə çalışırlar.