«Mən generalımı itirdim»
«O, həmçinin yaxşı dost idi»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
QMİ yuxudan ayıldı
Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
-
Məktəblərdə dini biliklər necə veriləcək?
Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”
-
10 hektarı 4 günə əkir
Bu yeni texnika ilə 3500 manata başa gəlir
-
“Bizə kömək edin”
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
-
Qiymətlər 570 dollar bahalaşdı
Həcc ziyarətində müqavilədə bəzi şərtlər...
-
«Şəhərin illərlə yığılıb qalmış problemləri var»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
-
Kimlərə «hacı» deyilə bilər?
QMİ: «Elə insan var ki, Həccə getdiyini gizli saxlayır»
-
Şeyxülislam vəzifəsi necə yarandı?
Qafqazın ilk şeyxi kim olub?
-
Şeyxdən qiyamətə qalmayan qisasım
Onun da öz üsulları var ...
-
Şeyxin kürəkəni həbs edildi
Allahşükür Paşazadənin qudası məlumatı təsdiqlədi
-
«...Şeyxi pərişan gördüm»
Hacı Allahşükür Paşazadənin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi
-
«Pul yığımını yığşdırın»
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
-
Həcc ziyarəti başladı
Harvi qasırğası Luiziyana ştatına istiqamət götürüb
-
«Şeyx hələ indi-indi «razqon» götürüb...»
Deputat Cavanşir Paşazadə qardaşının varisi məsələsi ilə bağlı dediyi sözü dandı
-
İslam Universitetində magistratura pilləsi yaradılıb
BİU-da tələbə qəbulunda da artım var
-
Təkrar Həccə əlavə 535 dollar vergi
Bu il Azərbaycandan gedəcək 900 zəvvarın 70 nəfəri azı bir dəfə ziyarətdə olub
Xəbər verdiyimiz kimi, dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Masallıya gedib. Səfər zamanı şeyx ötən gün vəfat edən QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadənin hüzr mərasimində iştirak edib və mərhum haqqında maraqlı fikirlər səsləndirib.
Hacı Allahşükür Paşazadənin Hacı Mirəziz
Seyidzadə haqqında səsləndirdiyi fikirləri vaxt.az oxucularına təqdim edir:
«Mirəziz Seyidzadənin ölümü Qafqaz Müsəlmanları İdarəsi və xüsusən mənim üçün
böyük itkidir. İlk öncə deyim ki, mən Mirəziz Seyidzadəni itirməklə elə bil
generalımı, marşalımı, sərkərdəmi itirdim. Onun vəfatı QMİ-i üçün çox böyük
itkidir. M.Seyidzadə rəhbərlik etdiyim qurumun fətva şöbəsinin müdiri
vəzifəsində çalışıb və öz işinə layiqincə yanaşan adam olub. Bir sözlə, Hacı
Mirəziz savadlı din xadimi olmağı ilə bərabər, həm də ədəbi fəaliyyəti ilə
tanınırdı, gözəl təbliğatçı idi. Mən uşaqlıq dostumu, işçimi, bir sözlə
generalımı itirdim».
Şeyxülislam Hacı Allahşükür Paşazadə
Hacı Mirəzizlə uşaqlıq dostu olduğunu da bildirib: »Mən məktəb illərində onunla
dostluq etmişəm. Həmçinin Özbəkistanın Buxara şəhərində də birlikdə dini təhsil
almışıq. Hesab edirəm ki, Hacı Mirəziz gözəl din xadimi olmaqla yanaşı,
həmçinin yaxşı dost olub».
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə mayın 11-də Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Hacı Mirəziz Seyidzadənin yaxınlarının verdiyi xəbərə görə, mərhum 4 gün insult diaqnozu ilə koma vəziyyətində olub.