vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
10:00 | 12 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

10 hektarı 4 günə əkir

Bu yeni texnika ilə 3500 manata başa gəlir

MÖVZU İLƏ ƏLAQƏLİ

Məhsuldarlığı və gəlirliliyi ilə seçilən çəltikçilik Masallıda ənənəvi təsərrüfat sahələrindən biridir. Ağır əl əməyi tələb edən bu təsərrüfat sahəsi uzun müddət rayonda tənəzzül dövrünü yaşayıb. Məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi - fermerlərə subsidiyaların verilməsi, güzəştli qaydada gübrələrin və texnikaların satılması rayonda çəltikçiliyin dirçəldilməsi üçün geniş imkanlar açıb.

2016-ci ildə Masallıda 8 hektarda çəltik əkildiyi halda, bu il bu rəqəmin 300, gələcəkdə isə 500 hektara çatdırılmsı nəzərdə tutulub.

Şirvan şəhərindən gətirilən yeni texnikalar məhsul istehsalçılarının işini xeyli yüngülləşdirib. Çəltikçiliklə məşğul olan fermerlər bildirirlər ki, yeni texnikalar ilə əkin aparmaq hər hektar üçün 350 manata başa gəlir. Bu isə onları qane edir. Çünki çəltik sahələrində bütün işləri əl əməyindən fərqli olaraq texnika ilə görmək daha rahatdır. Çəltik əkini zamanı məhsuldar “Apollo” və “Haşimi” növlərinə daha çox üstünlük verilir.

Fermer Həbib Abıyev texnikaların üstünlüyündən danışaraq deyib ki, 10 hektar sahədə çəltik əkinini dörd günə yekunlaşdırıb.

Mütəxəssislərin fikrincə, əkin prosesində əl əməyindən istifadənin minimuma endirilməsi rayonda çəltikçiliyin inkişafına böyük təkan verəcək.