vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
12:47 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onlar dəstəklənməyəcək»

«Kim öhdəsindən gəlsə, çatışmazlıqları aradan qaldırsa, qoy canla-başla işləsin»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu gün Azərbaycana gələn turistlərə, qonaqlara xidmət göstərən hər bir müəssisə mütləq qanun çərçivəsində çalışmalıdır. Ona görə də lisenziyalaşdırma mütləq amildir və lisenziyaları olmayan təşkilatlar nə dövlət tərəfindən dəstəklənəcək, nə də onların fəaliyyətinə icazə veriləcək».


«Trend» xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, ötən ilə nisbətən 2014-cü ilin ilk yarısında Azərbaycana gələnlərin sayında stabillik müşahidə olunub: «Biz deyə bilmərik ki, bu yarım ildə hansısa böyük sıçrayış, 20-30 faiz artım olub. Təxminən 2-3 faiz artım mövcuddur ki, bu da təbii prosesdir. Bizim əsas məqsədimiz gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaq və bütün müəssisələrin qanunvericiliyə uyğunlaşdırılmasından ibarətdir. Elan etmişik ki, Olimpiya Oyunları zamanı Azərbaycanda fəaliyyət göstərən otellər lisenziyasız fəaliyyət göstərə bilməyəcəklər. Bu proses davam edir və bu iş nəinki Bakıdakı, eləcə də bütün regionlardakı müəssisələrə şamil olunacaq».

Ə.Qarayev həmçinin qeyd edib ki, xüsusi hüquq əsasında mütəmadi olaraq turizm obyektlərində monitorinq keçirilir: «Mövsüm qabağı və mövsüm zamanı monitorinqlərin keçirilməsi davam etdiriləcək. Turizm müəssisələrində insanlara göstərilən xidmətlər kifayət qədər normal olmasa, standartlara cavab verməsə, onlar barəsində müvafiq ölçülər götürüləcək. Bu monitorinq həm də qabaqlayıcı prosesdir. Bu, imkan verir ki, hansısa nöqsanlar, çatışmazlıqlar varsa, həmin müəssisələrə onları düzəltməyə kömək edək. Biz onlara vaxt veririk. Kim öhdəsindən gəlsə, çatışmazlıqları aradan qaldırsa, qoy canla-başla işləsin».

Nazir bildirib ki, son illər ölkədəki turizm obyektlərində qiymətlərin artması müşahidə olunmayıb: «Biz qəti deyə bilərik ki, son 3 ildə Azərbaycanda turizm müəssisələrində qiymətlərin artması müşahidə olunmur. Biz 4 il bundan qabaq bir il ərzində, rəqabət nəticəsində qiymətlərin aşağı salınmasına nail olduq. Bundan sonra artım olmayıb, yəni qiymətlər stabildir. Bu gün Azərbaycanda hər bir təbəqəyə, imkanlara uyğun olaraq xidmətlər əldə etmək olar. Bu gün Azərbaycanın bəzi yerlərində səhər yeməkləri də daxil olmaqla, 25-30 manata otellər, kempinqlər var. Eyni zamanda, qiyməti 200-300 manata olanlar da var. Bu çeşidlilik mövcuddur, olmalıdır. Hər kəs öz asudə vaxtını cibinə görə uyğunlaşdırmalıdır».