UNESCO-nun Dünya İrs Komitəsinin Bakı sessiyasına hazırlıq davam edir
Mədəniyyət naziri Parisdə Dünya İrs Mərkəzinin heyəti ilə görüş keçirib və UNESCO-nun idarəetmə orqanları rəhbərlərinin iclasında çıxış edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
754 milyon oxuma-yazma bilmir
-
140 ölkə üzrə 678 element ...
UNESCO-da kimin daha çox irs nümunəsi var?
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Türkiyənin qorunan irsi 25-ə çatdı
Daha 4 nominasiya qeyri-maddi irs nümunələrinin siyahısına salındı
-
UNESCO irs xəzinəsinə yeni nümunələri müzakirə edir
Rabatda keçirilən sessiyanın gündəliyində Azərbaycanla bağlı irs elementləri də var
-
Hamısı bir yerdə ...
... Ermənilər, UNESCO və Azərbaycan “müxalifət”i
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
UNESCO Fransanın siyasətini icra edir
Azule yanaşmalarının əsasını Parisin qarayaxma kampaniyası təşkil edir
-
Borş kimindir?
UNESCO suala nöqtə qoyub
-
Dilim-dilim, Ana dilim
İranda on milyonlarla soydaşımızın ana dilində təhsil hüququ yoxdur
-
Erməni lobbisi UNESCO-ya da sızdı?
Azərbaycana qarşı növbəti qərəz
-
Moskva UNESCO-nu siyasətinə alət edir
Monitorinqlər ünvanlı deyil geniş həyata keçirməlidir
-
Yubileyi UNESCO-da qeyd ediləcək
Hacı Zeynalabdin Tağıyevin təvəllüd tarixindəki qeyri-müəyyənlik nə ilə bağlıdır?
-
Dünyanın mədəni irs xəzinəsindəki sənət incimiz
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür
-
Mehriban Əliyevadan təbrik mesajı
“Tarixi irsimizin dünyada tanıdılmasında böyük nailiyyətlər əldə edilib”
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rösslerin rəhbərlik etdiyi heyətlə görüş keçirib. Xatırladaq ki, Dünya İrs Komitəsinin 43-cü sessiyası bu il 30 iyun – 10 iyul tarixlərində Bakıda keçiriləcək.
Görüş zamanı Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizdə sözügedən mötəbər tədbirlə əlaqədar aparılan hazırlıq işlərindən danışıb və sessiyanın yüksək səviyyədə təşkil ediləcəyi ilə bağlı əminliyini ifadə edib.
Dünya İrs Mərkəzinin direktoru M.Rössler 3-6 mart tarixində Bakıya səfəri zamanı hazırlıq işlərinin uğurla aparıldığının şahidi olduğunu vurğulayıb. Xanım Rössler və Dünya İrs Mərkəzinin regional koordinatorları Əbülfəs Qarayevə 43-cü sessiya zamanı müzakirəsi nəzərdə tutulan mədəni və təbii irsin qorunması sahəsində məsələlər haqda ətraflı məlumat veriblər.
Mərkəzin direktoru qeyd edib ki, ölkələr tərəfindən Dünya İrs Siyahısındakı abidələrə və təbii irs məkanlarına dair 166 hesabat komitədə müzakirə edilmək üçün daxil olub. Eyni zamanda gündəlikdə 42 ölkədən Dünya İrs Siyahısına təqdim edilmiş namizəd fayllar var.
Görüşdə, həmçinin Dünya İrs Komitəsinin sessiyası çərçivəsində büro və məşvərətçi iclaslar, Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun formatı barədə də danışılıb. Daha sonra sözügedən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və Bakı sessiyasına hazırlıq çərçivəsində müzakirələrin davam etdirilməsinə dair razılıq əldə edilib.
Qeyd edək ki, UNESCO-nun ən mötəbər qurumlarından biri olan Dünya İrs Komitəsinin iclasları zamanı Dünya İrs Siyahısına yeni mədəni və təbii abidələrin daxil edilməsi, eləcə də artıq bu siyahıda yer alan abidələrin mühafizəsinin gücləndirilməsi məsələləri müzakirə edilir.
* * *
Martın 27-də Parisdə UNESCO-nun baş qərargahında qurumun idarəetmə orqanlarının rəhbərlərinin iclası keçirilib.
İclasda təşkilatın Baş Konfransının prezidenti Zahour Alaoui çıxış edərək tədbirin əsas məqsədinin UNESCO-nun konvensiyalarının müvafiq idarəetmə orqanlarının işçi metodlarının, prosedurların və idarəetmə vəziyyətlərinə dair işçi qruplarının müvafiq tövsiyə və təkliflərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib.
Sonra fiziki təhsil və idman, idmanda anti-dopinq, kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqram, “İnformasiya hamı üçün” beynəlxalq şurası, hərbi münaqişə zamanı mədəni mülkiyyətin qorunması, qeyri-maddi mədəni irsin qorunması, mədəni özünüifadə müxtəlifliyinin qorunması, təhsilin planlaşdırılması və digər sahələrə cavabdeh olan komitə və proqramların rəhbərləri çıxış ediblər.
Nazir Əbülfəs Qarayev isə UNESCO-nun dünya mədəni və təbii irsin qorunması üzrə 1972-ci il konvensiyasının icrasına cavabdeh olan Dünya İrs Komitəsinin sədri kimi çıxış edərək əsas təkliflərin və tövsiyələrin konvensiyanın idarə orqanlarının prosedur qaydaları, strukturu, tərkibi və mandatının səmərəliliyinin artırılması ilə bağlı olduğunu qeyd edib.
Sonra müzakirələr ayrı-ayrı konvensiyalar üzrə üzv ölkələrin sualları əsasında davam etdirilib.
Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb
Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə UNESCO arasında 2019-cu ilin 30 iyun – 10 iyul tarixlərində Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.
Müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, UNESCO tərəfdən baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.
Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də UNESCO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə sessiyadan əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər də göstərilib.