vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
18:55 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 3022 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«400-dən çox mağazada endirim olacaq»

Nazir: «II Şopinq Festivalı turist axınını sürətləndirəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Statistika ümidvericidir». VAXT.AZ xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 15-də Bakıda başlayacaq və bir ay davam edəcək II Şopinq Festivalı ilə bağlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb: «Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında turistlərin sayında 7 faiz artım müşahidə olunur. Bu ilin 8 ayında Azərbaycana gələn turistlərin nağdsız ödənişləri 703 milyon manatı ötüb. Azərbaycana gələn turistlərin xərclədikləri vəsait xarici ölkələrə üz tutan azərbaycanlıların xərclədikləri vəsaitdən çox olub. Biz təhlil apardıq, nəticədə 100 milyon manatlıq müsbət saldo yarandı».

Nazir bildirib  ki, I və II şopinq festivalları arasında həm mövsüm baxımından, həm də təbliğat baxımından müəyyən fərqlər olacaq. II Şopinq Festivalı Azərbaycana turist axınını daha da stimullaşdıracaq. Çünki I Şopinq Festivalı ilə müqayisədə II Şopinq Festivalının iştirakçılarının sayı artıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, əvvəlki festivalla müqayisədə Əlavə Dəyər Vergisi (ƏDV) köşklərinin də sayı artıb: «Bu dəfə 7 ƏDV köşkü fəaliyyət göstərəcək. Hazırda qeydiyyat prosesi qaydasında gedir. Vergilər Nazirliyi operator olaraq II Şopinq Festivalına tam hazırdır».

Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), «ASAN Xidmət» və «AzərTürkBank»dır.

II Şopinq Festivalında müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara «Tax Free» imkanı təqdim olunacaq.

«Baku Shopping Festival - Tax Free» nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların ƏDV-sinin müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, II Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər. ƏDV qaytarılması yalnız «Baku Shopping Festival - Tax Free» nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda «Tax Free» sistemi tətbiq olunmur.

Qeyd edək ki, I Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə. ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.