Xəstələrə xəbərdarlıq!
Azərbaycana çoxlu savadsız əcnəbi həkimlər gəlir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ƏDV-dən qazanc dəbə minib...
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
-
TƏBİB tibb müəssisələrinin laboratoriyalarını yeniləyir
İnsan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
Bakı-Naxçıvan bileti 60 manat
Əli Əsədov fərman imzaladı
-
Üç qurumdan səhiyyə açıqlaması
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
-
Kitabsevərlər sevinəcək ...
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
-
Nazirlər Kabineti siyahını təsdiqlədi
ƏDV-dən azad olunan çap məhsulları
-
Prezident fərmanları niyə icra olunmur?
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
-
Sudan ucuz?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
-
Səhiyyə Nazirliyində “zəlzələ”
4 müavin işdən çıxarıldı, 3-ünün yerinə təyinat var
-
1,5 litr içki və 200 ədəd siqaret
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
-
… ayrıldıq, ayrıldıq nə asan …
“Əyalət padşahları” kresloya “əlvida” deyəcək
-
Yeni nazirlərə tapşiriq verildi
Köhnələrdən şikayətləri araşdırmağa gedirlər
-
Baş nazirin müavini postlarından ikisi ixtisara düşüb?
Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər
-
Yeni nazir tanınmış bəstəkarın oğluymuş
Muxtar Babayevin anası haqda maraqlı faktlar
-
Yeni nazir Muxtar Babayev kimdir?
MDU-nun məzunu, MM-in üzvü, ...
Hazırda paytaxtda fəaliyyət göstərən özəl klinikaların əksəriyyətində xarici ölkələrdən dəvət edilən mütəxəssislər müxtəlif cərrahi əməliyyatlar aparırlar. Çox vaxt da hər hansı müqavilə olmadan.
Səhiyyə Nazirliyi bir müddət öncə özəl tibb müəssisələrinə xarici dövlətlərdən həkim gətirilməsinə müəyyən məhdudiyyət qoyub: heç bir müəssisə nazirliyi məlumatlandırmadan ölkəyə xaricdən həkim gətirə bilməz; dəvət olunan mütəxəssis barədə bir ay öncədən Tibbi Yardımın Təşkili Şöbəsinə məlumat verilməlidir. Məlumatda mütləq xarici mütəxəssisin dəvət olunmasının məqsədi, onun burada fəaliyyət göstərəcəyi müddət, əməkdaşlıq barədə bağlanan müqavilənin surəti və s. göstərilməlidir.
Özəl müəssisə rəhbərinin nəzərinə təkrarən çatdırılıb ki, Nazirlər Kabinetinin «Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında» 7 noyabr 2001-ci ilin tarixli qərarına əsasən, adları çəkilən təbəqə yalnız Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli 80 saylı əmri ilə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında tibb müəssisəsində fəaliyyət göstərə və işə qəbul oluna bilər.
Bununla belə, demək olar ki, əcnəbi həkimlərin Azərbaycana axını sürətlənir... Məlumdur ki, xarici ölkələrdə istənilən peşəkar həkim Azərbaycanda heç də öz ölkələrində qazandığından çox gəlir əldə etmir. Bir sözlə, Azərbaycanın özəl klinikalarına bir neçə günlüyə təşrif buyuran həkimlərin heç də hamısı işinin peşəkarı deyil. Yəni öz ölkələrində həkim kimi etibar qazanmayan sıradan tibb işçiləri Azərbaycana gəlməklə bir-iki gün ərzində tez qazanc əldə etmək istəyirlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli modern.az-a bildirib ki, xarici həkimlər Azərbaycanda praktik tibbi fəaliyyət göstərmək üçün qanunla müəyyən olunmuş müvafiq prosedurlar keçməlidirlər.
«Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmalıdırlar. Bundan əlavə, Səhiyyə Nazirliyinin komissiyasından keçməlidirlər. Xarici mütəxəssisi dəvət edən klinika bir müddət əvvəl Səhiyyə Nazirliyinə müraciət etməli və həkim haqqında məlumatlarını nazirliyin komissiyasına təqdim etməlidir. Bundan sonra iki həftə ərzində Səhiyyə Nazirliyi həmin ölkənin səhiyyə sistemi ilə əlaqə yaradıb, bunların hamısını təsdiqlənəndən sonra komissiyanın müzakirəsinə verilir. YalnızkKomissiya həmin həkimin Azərbaycanda praktiki tibbi fəaliyyət göstərməyinə icazə verirsə o zaman xarici həkim burada işləyə bilər», – A. Qədirli deyib.
A. Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən rəy verilmədən də Azərbaycanda işləyən xarici həkimlər var. Belə hallar aşkarlananda həm şirkət, həm də həkim ciddi şəkildə cəzalandırılır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, Azərbaycandakı kimi əcnəbi həkimlərin gəlib sərbəst fəaliyyət göstərməsi dünyanın heç bir yerində yoxdur: «Hansısa əcnəbi həkim gedib Türkiyədə sərbəst hər hansısa bir əməliyyatı keçirə bilməz. Bunun üçün Türkiyə vətəndaşı olmaq, ən azı beş il orada çalışmaq lazımdır. Azərbaycanda isə kimliyi, təcrübəsi, savadı bilinməyən əcnəbi həkimlər özəl klinikalara gəlir və əməliyyatlar keçirir. Hətta bu həkimlərin reklamları da verilir. Biabırçı vəziyyətdir! Azərbaycanda cərrahiyyə əməliyyatı keçirməyə gələn əcnəbi həkimlərin hər birinin Səhiyyə Nazirliyi tərəfindən sənədləri yoxlanılmalıdır. İkinci tərəfdən isə bu həkimlərin xüsusi reklamına icazə verilməməlidir. Bu çox vacib məsələdir. Ümumiyyətlə, bu cür işlər milli səhiyyəyə güvəni azaldır. Hətta özəl klinikalara gələn əcnəbi həkimlər bizim yerli həkimlərin əleyhinə danışır, milli səhiyyəni aşağılayır, xəstəni həkimin üstünə qaldırırlar. Bunun nəticəsində də xeyli problemlər yaşanır. Bu məsələlər çox ciddi şəkildə nəzarətə götürülməlidir».