TƏBİB tibb müəssisələrinin laboratoriyalarını yeniləyir
İnsan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bölgələrdə həkim çatışmır
Tibb işçilərinin rayonlara cəlb edilməsi üçün stimullaşdırıcı layihə hazırlanır
-
“İnfeksiyalar inkişaf edə bilər”
Yoluxmanın azalmasına aldanmayın!
-
TƏBİB əhaliyə müraciət edib
Qurum son vaxtlar yoluxmada artımları nəzərə alaraq vətəndaşları diqqətli olmağa çağırıb
-
Üç qurumdan səhiyyə açıqlaması
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
-
Səhiyyə Nazirliyində “zəlzələ”
4 müavin işdən çıxarıldı, 3-ünün yerinə təyinat var
-
«Yanğın zamanı 200 nəfər vaxtında təxliyə edilib»
Səhiyyə Nazirliyinin rəsmi məlumatı
-
Aralarında qadın və uşaqlar da var
Azərbaycanda 20 mindən çox alkoqolik qeydə alınıb
-
Psixotrop derman mafiyasına zərbə
Əczaçı həbs edildi, aptek müdiri axtarışa verildi
-
«Müştərilərinin çoxu azyaşlılardır»
Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış?
-
Tibb kursları və aldanan «tibb bacıları»
12 aya necə bilik əldə etmək olar?!
-
İran Azərbaycanla yaxın bölgələrdə yeni xəstəxanalar tikir
Adil Qeybulla: «Səhiyyə Nazirliyi icbari sığortanın tətbiqini tezləşdirməsə, ...»
-
Cərrahiyyə cavanlaşır
Getdikcə kosmetik əməliyyatlara daha gənc qadınlar müraciət edirlər
-
Sığorta sahəsində ciddi islahatlar gözlənilir
Ekspertlər ilk növbədə şəffaflığın təmin olunmasını və ictimai inamın bərpa edilməsini vacib sayırlar
-
Bakıda təmiz su fırıldağı...
...Və ya qapı-qapı gəzən təhlükə
-
Qida bizi niyə zəhərləyir?
Hətta arı balında da botulizm ola bilər...
-
A (H3N2) nə qədər təhlükəlidir?
Azərbaycandakı qrip virusu ilə bağlı məlumat yayıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyalarının tamamilə yenilənməsinə başlanılıb.
Layihə çərçivəsində “Sumqayıt Tibb Mərkəzi” (STM) publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrindəki tibbi laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub. Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.
Mərkəzi Laboratoriyanın fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar “Sysmex”, “Abbot”, “Qiagen”, “Biomerieux”, “Siemens”, “Nüve” kimi tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji və s. sistemləri ilə təchiz olunub.
Laboratoriyalarda keyfiyyətə nəzarət üçün həm daxili, həm də xarici nəzarət proqramları tətbiq olunur. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorların “E-Təbib” proqram təminatına, kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.
Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı (www.its.gov.az) vasitəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, layihə çərçivəsində davamlı tibbi təhsil proqramı da tətbiq edilməkdədir. Proqrama uyğun olaraq laboratoriyaların həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilir.
Eyni zamanda, klinisistlərə laborator testlərin xəstəliklərin diaqnostikası üzrə beynəlxalq protokollara uyğun istək olunması və interpretasiyası üçün seminarlar keçirilir. Bu istiqamətdə təlim və seminarların bütün ixtisas sahələrini əhatə etməsi də nəzərdə tutulub.