vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ELM-TƏHSİL, DİN  
15:46 | 21 iyun 2014 | Şənbə Məqaləyə 2921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zəvvarlara xəbərdarlıq!

«Qaydaları pozanlar Səudiyyə Ərəbistanı qanunları ilə cəzalanacaq: şallaq, əlin kəsilməsi, hətta edam...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət zamanı qeyri-qanuni əməllərə yol verməmələri barədə xəbərdarlıq edilir. Xəbərdarlığı pozanlar Səudiyyə Ərəbistanının qanunları ilə cəzalandırılacaqlar.


Cəzalar arasında qeyri-qanuni əməllərin ağırlığından asılı olaraq, edam da nəzərdə tutulur.

QMİ-dən APA-ya verilən məlumata görə, xəbərdarlıq zəvvarlara paylanacaq viza sənədləri arasında olacaq. Zəvvarlar xəbərdarlıqla tanış olduqlarına dair imza da atacaqlar.

Viza şərtləri arasında olan xəbərdarlıq ondan ibarətdir ki, ziyarət zamanı zəvvarlar spirtli içki qəbul etməməli, zinaya yol verməməli, hansısa siyasi və dini təriqətə qoşulmamalı, ölümə səbəb olan və digər ziyanverici hərəkətlərdən, eyni zamanda hər hansı siyasi aksiyalardan, toplumlardan uzaq durmalıdırlar. Əks halda, Səudiyyə Ərəbistanının qanunvericiliyinə uyğun cəzalanacaqlar.

Edam cəzası dini təriqətlərarası qarşıdurma yaradaraq ölümə təhrik etmə, zina və spirtli içki qəbul etməyə görə nəzərdə tutulur.

Hər il qısa formada edilən xəbərdarlıq bu il daha geniş və izahatlı şəkildə zəvvarların diqqətinə çatdırılır.

Xəbərdarlıq bütün ölkələrdən gələn zəvvarlara edilir.

Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılan kvota artıq dolub. Bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək.

Sentyabrın 28-i Azərbaycandan Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur.

Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq.

Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu fevralın 13-dən başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial Aviation Service) aviaşirkəti həyata keçirəcək.

Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir.