
Tanrıyla ünsiyyətin dili muğamdır
Ona görə Alim Qasımov üzü göyə oxuyur
Ona görə Alim Qasımov üzü göyə oxuyur
İdarəçilikdə qüsurlar, ədalətsizliklər olanda inqilablar baş verir
Eşq və ilahi yolçuluq simvolu
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
Empatiya ölmüş hisslərin yenidən canlandırmağın yoludur
Almaniya islamlaşma ilə üz-üzədir
Almaniyada müsəlman dərnəklərinə milyonlarla avro dövlət dəstəyi
Allah olmaq istəyinə düşmək günahına salma məni
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
İbrahim peyğəmbərin 86 yaşında bir oğlu dünyaya gəlir və o, əziz-xələf övladı İsmayılı tanrıya qurban vermək üçün dağa çıxır. Bıçağı oğlunun boynuna çəkməyə hazırlaşanda, tanrı ona bir qoç göndərir. Bu əhvalat danimarkalı filosof Sören Kierkaqoru dərindən sarsıdıb, yuxusuz qoyub: axı İbrahim peyğəmbər etiraz etmədən övladına qıymağa necə razı olub? Sören Kierkaqorun kiçik həcmli “Qorxu və titrəmə” kitabı bu suala cavab axtarır, İbrahimin oğlunu qurban etməyə gedərkən qət etdiyi yolu və həmin anı anlamağa çalışır. (Oxumağınız məsləhətdir.)
Kierkaqorun fikrincə, İbrahim imanı uğrunda hər şeyini - övladını, universal etik dəyərləri, həyat yoldaşını, bütün cəmiyyəti heçə sayır. Bu, ritual idi və bu ritualda dilin yeri yox idi, çünki İbrahim danışmır, susurdu. Derridanın dediyi kimi, insan danışırsa, artıq ictimaiyyətin içindədir, “zona”dadır, dialoqa girməyə məcburdur. İbrahim isə səbirlə susurdu və bu sükut testinin sonunda, oğlundan tamamilə vaz keçəndə, oğluna həqiqətən qovuşur. Kierkaqor yazır ki, iman bax bu paradoksdadır. Sənin üçün ən dəyərli şeyi qurban verməyi gözə almaq və qarşılıq gözləməmək!
Hamınıza səbrin və iradənin meyvəsini toplamağı arzu edirəm. Bayramınız mübarək!