vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ELM-TƏHSİL, DİN  
12:43 | 22 avqust 2018 | Çərşənbə Məqaləyə 3314 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bayram gəldi, heç...”

Qurbanlığın necə paylanması göstərişində hansı yanlışlıq var?

Hidayət ELVÜSAL

MÖVZU İLƏ ƏLAQƏLİ

Bilirikmi neynəyək? Məsləhət verənlər də o qədər dəqiq bir yol göstərə bilmirlər. Məsələn, özünü din xadimi kimi təqdim edən bir əmoğlu bizi xeyli təəccübləndirdi. Dedi ki, bu məsəni bilmədiyimizdən bir sıra səhvlərə yol veririk. Əslində qoyun da, yəni dişi heyvan da qurban kəsilə bilər. Guya qoyunun qarnında balası ola bilməsi ehtimalından kəsilmirmiş. Yox, qardaşım. Belə deyil. Bu ona görədir ki, dişi heyvan əslində damazlıqdır. Nəsil artırma səbəbi ilə qurban edilməsi məsləhət görülmür. Sürüdə isə bir necə qoçun, yəni erkək heyvanın saxlanması əlbəttə, xeyirsiz bir işdir. Bu deyilənlər iri heyvanlar üçün də keçərlidir. Bir neçə adamın yığılıb, bir qurbanlıq kəsməsi qəbul olunur. Çünki belə qurbanlıqlar baha başa gəlir və hər kəsin maddi imkanlarına uyğun deyil. Qurbanlığın necə paylanması göstərişində də yanlışlıq var.

Əmoğlu din xadimi deyir ki, qurbanlığın bir hissəsi sahibinin özünə, qalan hissəsi imkansızlara və qonşulara paylanmalıdır. İmkansızlara əl tutmaq, həm də belə məqamda savabdır. Amma qonşularda imkanlı ailə varsa, o payı da kasıblara vermək daha düzgündür. Bir də ki, bir qoçun nə qədər əti var ki, onu bu qədər yerə ünvana çatdıra biləsən? Hər ailəyə heç yüz qram pay düşməz axı. Bu yerdə “bir kilo buğda” adətini də unutmalıyıq. Təsəvvür edin ki, biri qarnı şişənə qədər yeyir. Sonra uşağı çağırıb bir qab buğdanı kasıba göndərir. Olmaz, qardaşım. Göndərəcəyin pay özünün yeyib-içdiyinin üçdən, dörddən biri qədər olmalıdır.

Türkiyədə hər bayram zamanı bu payın qədəri təyin və elan olunur. Bu il də Qurban bayramına yaxşı hazırlıq görülüb. İşbazlar sahəyə çıxmasalar, rahatlıq olacaq. Məsələn, qurbanlıqların kilo hesabı ilə qiymətləri müəyyən olunub. Yəni standart dəyər var. Kəsim sahələri, müsəlman qaydaları əsasında qurbanlıqların hazırlanması təmin olunub. Qalır bu deyilənlərə, əsl müsəlman kimi əməl etmək. Bayram zamanı ən çox sevindirə, əl tutmalı olduğunuz insanları, ailələri düşünmək sizə qalıb.

Bayaq dedik, imkanlı qonşuya qurban payı göndərməsəniz inciməz. Bilə-bilə bir kasıb ailəni sevindirməsəniz, günah qazanmış olarsınız.

Bax belə. Bayramınız mübarək!