Tokio ilk dəfə Bakıdan neft aldı
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
15:27 | 24 aprel 2018 | Çərşənbə axşamı
Məqaləyə 3185 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
Azərbaycan neftinin qiyməti 75 dolları keçib. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,29 dollar və ya 0,39 faiz artaraq 75,25 dollar təşkil edib.
Orta Şərqdə geosiyasi gərginliyin artması və ABŞ-da xam neft ehtiyatlarının düşəcəyinin gözlənməsi ilə neft qiymətləri yüksəlişini davam etdirib. Neft Nyu-Yorkda 0.7 faizə qədər yüksəlib.
Səudiyyə Ərəbistanının, Yəməndə İranın dəstəklədiyi Husilərin atdığı balistik raketləri salması və Husilərin önəmli liderlərindən birinin öldürülməsinin ardından neft qiymətləri 2014-cü ilin dekabr ayından bu yana ən yüksək səviyyəsində bağlanıb.
ABŞ-da cümə axşamı günü açıqlanacaq rəsmi məlumatların xam neft ehtiyatlarının ötən həftə 2.25 milyon barrel düşdüyünü göstərməsi gözlənilir.
Dünya neftinin yarısına ev sahibliyi edən Orta Şərqdə gərginliyin yüksəlməsi hasilat problemlərinə səbəb ola bilər.
Digər tərəfdən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşları qlobal təklif artıqlığını demək olar ki, aradan qaldırıblar.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas neftinin (“WTI”) qiyməti “Nymex” birjasında 45 sent yüksələrək bareli 69.09 dollara, “Brent” nefti “ICE Futures Europe” birjasında 0.9 faiz bahalaşaraq 74.90 dollara çatıb.