Şəbəkəyə qoşulmuş bilərzik və ya fitnes-qolbağlar
Öz bədəninizin sirrini internetə açmağa hazırsınızmı?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kartel sövdələşməsi
100 Mbit internet kənd sakinlərinin nəyinə lazımdır?
-
Web-səhifələrin dörddəbiri son on ildə yoxa çıxıb
İnternetdəki məlumatlar nə qədər uzunömürlüdür?
-
İnternet asılılığı uşaqlara mənfi təsir edir
DST kompüter oyunlarından asılılığı psixi pozğunluğun növü kimi tanıyıb
-
İmkanları ilə zərəri düz mütənasibdir
Çox istifadənin təhlükəsi barədə xəbərdarlıq
-
Bir bina bir provayderindir
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
-
İran interneti “uşaq” rejimində
“Google” və “Bing” axtarış sistemləri işləmir
-
“Azərbaycan bizi...”
Ermənilərin bir neçə il əvvəlki təşvişi yenə baş qaldırıb
-
Dünya bir gün internet siz qalacaq
Oktyabrın …
-
İnternetə çıxış 8 faiz yüksəlib
Şəbəkəyə girən kişilərin sayı qadınlardan 1/3 dəfə çoxdur
-
Elon Mask indi də internet sahəsində inqilab etmək istəyir
«SpaceX» şirkəti kosmosa 12 min peyk göndərir
-
Çində 10 milyondan çox internet hesabı ...
... 13 mindən çox sayt bağlandı
-
«Qırmızı bayquş»
«Mavi balina»dan sonra daha bir virtual kabus; uşaqları internetdən necə qorumalı...
-
...23 rayonda internet kəsiləcək
Sabah gecə 2-dən səhər 8-ə qədər...
-
İnternetdə alış-veriş bizi necə zəif salır…
Rahatlığına baxmayaraq əzələlərimi məhv edir
-
33 şəhər və rayon internetsiz qalacaq
Texniki işlər gecə saatlarında aparılacaq
-
«Wi-Fi» siqnallarının gücləndirilməsi üsulları
Ev şəraitində sadə vasitələrlə modeminizin imkanını çoxaldın
Yeni texnologiyalar xəstəliklərinizdən tutmuş cinsi həyatınız və hətta dünyaya övlad gətirmək qabiliyyəti kimi bütün mühüm sahələri izləməyə hazırdır. Lakin bəziləri arzu etdiklərindən daha çox şəxsi məlumatlarla paylaşdıqlarını aşkar edə bilərlər.
Jeff gündüz saat ikidə sekslə məşğul olmağa başlayıb. Hər şeydən göründüyü kimi, bu, bir neçə saat davam edib, və o, ümumən 347 kilokalori yandırıb. Bu faktlar bizə internetdə hamı üçün açıq olduğuna görə məlumdur, hərçənd ki onun özünün bunu anlayıb-anlamadığı məlum deyil.
Jeff-in biləyində Fitbit olub – bu, internetə qoşulmuş bilərzik, istifadəçiyə neçə kalori itirdiyini izləmək imkanı verərək, məşqlərin intensivliyini ölçür. Elə çıxıb ki, bu bilgilər 2011-ci ildə axtarış sistemləri üçün əlçatan veb-saytda dərc edilib. Odur ki öz seksual həyatını fiziki təlim kimi nişanlayan istifadəçilər birdən aşkar ediblər ki, dünya artıq bu işdən xəbərdar olub.
Fitbit istehsal edən şirkət çox tez bu kimi məlumatların sızmasının qarşısını almaq üçün lazımi tədbirlər görüb, lakin sözügedən qəribə hadisə xatırladıb ki, orqanizmimizin fəaliyyəti ilə bağlı informasiyanı hər zaman internetə tapşırmağa dəyməz – bunun gözlənilməyən nəticələri ola bilər.
Bu gün tibbi məqsədlər üçün nəzərdə tutulan ən müxtəlif portativ qurğular sizin çəkiniz yediyiniz, nə dərəcədə doğub törəməyə qabil olduğunuzu izləyir. Və başlıcası da bu informasiyanın əksər hissəsini sosial şəbəkələrdə bölüşmək olar – həkimlərlə, şirkətlərlə və hətta tamamilə tanış olmayan insanlarla.
Fiziki fəallıq virtual aləmdə getdikcə daha çox əks olunur. Baxmayaraq ki, əhvalınızın əsas göstəricilərinin şəbəkədə dərc edilməsinin xeyli üstünlükləri mövcuddur, istər-istəməz sual ortaya çıxır: orqanizminizin neçə sirri ilə bölüşməyə hazırsınız?
Steve Mann-ın irsi
Gündəlik fəaliyyəti internetlə birləşdirən ilk adamlardan biri Steve Mann olub. Tam haqlı olaraq ilk gəzdirilən kompüterin yaradıcısı hesab edilən bu adam hələ 1980-ci illərdə videokamera və başa taxılan displeylə təchiz olunmuş arxa çantası kimi asma kompüterlər seriyasını işləyib hazırlamışdı. Yeri gəlmişkən, displey bir göz üçün qurulurdu və hal hazırda tətbiq edilən «Google Glass» kompüter eynəyinə bənzəyirdi.
1990-cı illərin ortalarında Mann portativ simsiz kamera yaratmış və onu gündə 24 saat bütün həftə üstündə gəzdirirdi. O, gündən günə öz həyatını internetə yayımlayırdı, və tezliklə kameranın üstünlükləri bəlli oldu: Mann-ın çəkdiyi yol-nəqliyyat hadisələri günahkarı müəyyən etməyə kömək etdi.
Mann-ın yenilikləri daha çox xarici aləmlə qarşılıqlı əlaqələrə aid idi, lakin portativ texnologiya prinsipləri və qeydə alınan hərəkətlər bədənin necə fəaliyyət göstərdiyini izləmək və bu barədə bilgiləri internet vasitəsilə hamının nəzərinə çıxarmaq imkanı verən cihazlar üçün yol açıb.
Məsələn, Fitbit və Nike şirkətinin FuelBand fitnes-qolbağları sizin fiziki fəallığınızı qeydə alıb, bu informasiyanı simsiz şəbəkə vasitəsilə yandırılan kalorilərin miqdarını izləməyə imkan verən sayta göndərir. Bəzilərimiz bu məlumatla Facebook yaxud başqa sosial şəbəkələrdə bölüşür.
Bunda fayda görən istifadəçilər az deyil: bir çox lifelogger adlananlar (öz həyatı haqqında müntəzəm qeydiyyat aparmaq həvəskarları), məsələn, etiraf edirlər ki, bu, onların səhhəti və fiziki əhvalının yaxşılaşdırmasına kömək edir.
Simsiz tibb cihazları xronik xəstəlikləri olan bir çox insanın həyatını xeyli asanlaşdırıb – məsələn, qanda qlükozanın səviyyəsini göstərən monitorlar və kardiostimulyatorlar həkimə məsafədən xəstələri müşahidə etmək imkanı verir.
Yaxud dəriüstü plastır (sensor) və simsiz monitordan ibarət DuoFertility adlanan qurğu qadın məsləhətxanası mütəxəssislərinə döllənmə üçün siklin daha yararlı günlərini məsafədən müəyyən edib mayalanma üçün daha sərfəli vaxt tövsiyə etməyə imkan verir. DuoFertility istehsal edən şirkət əmin edir ki, sınaqlar zamanı bu cihaz daha bahalı EKO (süni mayalandırma cihazı) ilə eyni səmərəlik faizini nümayiş etdirib.
İzdihamın müdrikliyi
Bəzi tədqiqatçılar gələcəkdə dünya ilə daha çox məlumat bölüşəcəyimizi israrlayır.
«İnternetdə tibbi tədqiqatlar jurnalı»nda bu yaxınlarda dərc olunmuş məqalələrin müəllifləri gələcəkdə xəstələrin onlara aidiyyəti olan orqanizm barədə informasiyanın və diaqnozların, necə deyərlər, kraudsoring-i (onlile cəmiyyəti cəlb etmək yolu ilə lazımi xidmət, ideya yaxud məzmun (content) əldə etmək - Red. ) üçün simsiz tibb qurğuları və fəallıq trekerlərindən istifadə edəcəklərini proqnozlayır.
Əslində bu, artıq PatientsLikeMe və CrowMed kimi kraudsorsing diaqnostik saytları ilə baş verir. İnsanlar burada anonim qalaraq öz simptomları ilə bölüşə bilirlər. PatientsLikeMe saytı artıq daşınan və implant edilmiş tibbi cihazlardan alınan məlumatın inteqrasiya imkanlarını yoxlayırlar. Məhz budur gələcək – bir vaxt ki, öz orqanizmimizin daxili işləməsini internet auditoriyasının mühakiməsinə çıxararaq, izdihamın müdrikliyinə toxunmaq və öz naxoşluğumuzun sirrini bilmək imkanına malik oluruq.
Bununla belə, irəlidə biz təhlükələrlə üzləşə bilərik – xüsusilə, bunu dərk etmədən insanlar özləri barədə istəniləndən daha çox məlumat açıqlamağa başlasalar. Sizin bədəniniz haqqında kim informasiya almalıdır?
Bir çox sığorta şirkəti üçün xəstəliklər, vərdişlər və həyat tərzi barədə internetə yüklənən məlumat qiymətsiz tapıntı, digərləri üçün çevik diaqnoz qoymaq vasitəsi və yaxud da ünvanlı reklam mənbəyi ola bilər.
Bütün təqdirlərdə şəxsi informasiya kütləsi kimi onun istifadəsi, paylaşması və saxlanılması ilə bağlı suallar getdikcə artmaqdadır.