«İŞİD-in Azərbaycandakı tərəfdarları fəallaşıblar»
İlham İsmayıl: «Hazırda onların cəmiyyətimizdə ciddi dayaqları olmasa da, nəzarətdən çıxma ehtimalları mümkündür»
İdrak ABBASOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Hindistanda imtahan bazarı
Ailələr 15-20 min dollara həm sualların cavablarını, həm də övladlarının gələcəyini almağa çalışırlar
-
Vətəndaş müharibəsi təhlükəsi
Zorakılıq hadisələri yayılan üç bölgədə fövqəladə vəziyyət və komendant saatı tətbiq edildi
-
Banqladeşdən Hindistana ağır tələb
Dəkkə ölkədən qaçan baş nazirin ekstradisiyasını istəyir
-
İki tayfanın davasında 6 nəfər ölüb
Hindistanda Kuki və Meitei icmaları arasında silahlı qarşıdurma olub
-
Dəkkə Hasinanı tələb etsə, Hindistan nə edəcək?
Ölkəsindən qaçan siyasətçi Yeni Dehli administrasiyasına problem yaradıb
-
Ən ağır cəza
Cinsi təcavüz cinayəti törədənlər edam olunacaq
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
“Aviaşirkətin zamanı geriyə gedir”
“İndiGo”dan qadınlara kişilərlə yanaşı oturmamaq seçimi
-
Əczaçılıq fabrikində partlayış
Çoxlu sayda ölü və yaralı var
-
Hindistanda daha bir cinsi cinayət
İki məktəbli qızın təcavüzü ilə bağlı etirazlar səbəbindən məktəblər bağlanıb və internet kəsilib
-
“Burger King” hind restoranına uduzdu
İnandırıcı dəlil olmadığına görə ...
Ukrayna hadisələri səngiməmiş dünyanın siyasi gündəmini İraqda baş verən son hadisələr işğal etdi. Özünü «İraq Şam İslam Dövləti» elan edən, çoxsaylı tərəfdarı olan və yaxşı silahlanmış ordu «Xilafət» qurmaq istəyində olduğunu bəyan edib və İraqın bir çox şəhərlərini də ələ keçirməyə müvəffəq olub. Bu ərəfədə isə Azərbaycanda da dindarlarla bağlı bir sıra əməliyyatlar keçirildi və xeyli sayda vəhhabi həbs edildi. Gələn yeni dalğa, bunun bölgəmizə və birbaşa ölkəmizə mümkün təsirlərini Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq İlham İsmayılla müzakirə etdik.
- İlham müəllim, İraqda baş verən son hadisələr fonunda islam radikalizmi yenidən gündəmə gəlib. Bunun dünyaya, bölgəmizə və birbaşa ölkəmizə nə kimi təsirləri ola bilər?
- Əvvəlcə mən bu baş verənlərin qısa və həm də son dövrü əhatə edən tarixini nəql etmək istərdim. Bəli, son günlər dünya mediasının, aparıcı televiziya və xəbər agentliklərinin də gündəmini «İraq Şam İslam Dövləti» adlanan terrorçu qrupun fəaliyyəti tutub. Hərçənd ki, onlar özlərinə terrorçu demirlər. Amma onların fəaliyyəti terrorizmdir. Qeyd edim ki, 2003-cü ildə Səddam Hüseyn devriləndən sonra İraq İlahiyyat Universitetində sələfi nəzəriyyəsi üzrə dərs deyən və özünə Əbu Bəkir Əl Bağdadi ləqəbini götürən İbrahim Əl Samirə o zaman İraqda fəaliyyət göstərən 5 kiçik islamçı qruplaşmasını birləşdirdi. 2006-cı il oktyabrın 15-də «İraq İslam Dövləti» elan edildi. Bundan sonra o, amerikalılar tərəfindən həbs edildi və 2009-cu ildə azad edildi. O, həbsdən azad olunandan sonra Suriya və İraqdakı bir çox islamçı dəstələri öz qrupunda birləşdirə bildi. Təbii ki, bu işdə onun dəstəkçiləri var idi. Məsələn, maliyyə dəstəyi ona Səudiyyə Ərəbistanından gəlir. Onun vaxtı ilə «Əl-Qaidə» ilə də münasibətləri yaxşı idi və «Əl-Qaidə»nin köməkliyi ilə təşkilatlanma prosesi apardı, bir çox qrupları birləşdirməklə 12-13 minlik böyük bir silahlı dəstə yarada bildi. 2013-cü ilin aprelində də «İraq Şam İslam Dövləti»ni elan etdilər. Bundan sonra böyük pullar əldə elədilər və güclü şəkildə silahlanmağa başladılar. Bu silahlar da əsasən Avropadan, Xorvatiya, Bosniya, Kosova, Rusiya və digər ölkələrdən gəldi. Yəni bunların indi həm pulları var, həm də yaxşı silahlanıblar. Hazırda da İraqın böyük bir hissəsini nəzarətdə saxlayırlar və hədəfləri də Bağdaddır. Hazırda Bağdadın 60 kilometrliyində dayanıblar. Bütün bu tarixi ona görə nəql etdim ki, belə bir radikal islamçı qrup bütün dünya üçün təhlükədir və təhlükə Azərbaycan üçün də var.
Məlum olduğu kimi, Suriyada hadisələr baş verəndən sonra bu pullar və ideologiyanın təsiri altında oradakı döyüşlərə xeyli sayda azərbaycanlı cəlb edilib. Orada ölənlər də çoxdur, heç meyitləri də gəlib çıxmır, orada basdırırlar. Bu gün Azərbaycanda çox radikal görsənməsələr də, bu ideologiyanın daşıyıcıları var. Amma sabah onlardakı radikalizm yüksək səviyyəyə qalxa bilər. Bu gün əgər Suriyaya 200-300 nəfər gedirsə, əslində onların sayı minlərlədir və faktiki gözləmə mövqeyində dayanıblar, unutmaq lazım deyil ki, 9 milyonluq ölkə üçün min az rəqəm deyil. Təsəvvür edin ki, həm də bu min nəfər fanatikdir və gücdürlər. Bunlar hərəkətə gəlsələr, Azərbaycan üçün təbii ki, təhlükə yaranacaq.
- Son günlər Azərbaycanda da ayrı-ayrı yerlərdə dindarların həbsi ilə bağlı əməliyyatlar oldu. Sizcə, bu həbs edilənlərin İŞİD-lə əlaqəsi varmı?
- İraqda baş verən hadisələrdən sonra Azərbaycanın hüquq mühafizə orqanları kampaniya xarakterli olsa da, bir neçə əməliyyat keçirdi və bu əməliyyatlar əsasən onların daha çox toplaşdıqları yerləri əhatə etdi. Amma əməliyyatlar zamanı saxlanılanların nə dərəcədə cinayətkar olub-olmadıqları məlum deyil. Bu profilaktik addımların atılması çox vacibdir. Çünki məlumatlar gəlirdi ki, «İraq Şam İslam Dövləti»nin İraqdakı fəaliyyəti, həmçinin Mosulu, Kərkükü tutmaları buradakı tərəfdarlarını da çox fəallaşdırmışdı və «Böyük Xilafət»in yaranmasına inamları doğrudan da yaranmışdı. Yeri gəlmişkən deyim ki, bu gün də onlar bu əhval-ruhiyyədədirlər və bizim hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar zəruri idi. Əgər bunlar nəzarətdən çıxsalar, dövlətin həqiqi gücünü və təsirini hiss etməsələr, fəsadlar ağır ola bilər.
- Allah uzaq eləsin, amma bunların Azərbaycanda hələlik bir radikal addımları da yoxdur axı...
- Sizə deyim ki, əgər hər hansı bir radikal addım atmaq istəsələr də, bunun miqyası çox kiçik olacaq. Bunlar 5-6 il bundan əvvəl də müəyyən addımlar atıblar. Məsələn, ölkənin Şimal bölgəsində, Sumqayıtda müəyyən işlər görüblər. Bunların isə miqyası çox kiçik olub. Amma döyüşlərdən qayıdanlardan da bir neçəsi bunlara qoşulsa, vəziyyət çox təhlükəli ola bilər. Düzdür, hazırda elə bir təhlükə yoxdur. Amma dinlə bağlı gələn təhlükələr çox qısa müddətdə çox böyük miqyas ala bilər və bölgələri də əhatə edə bilər. Sadəcə olaraq hazırda cəmiyyətdə onların heç bir dayağı yoxdur. Dominant rolunu oynayan şiələr və sünnilər həmişə normal şəkildə və münasibətlərdə yaşayıblar. Məhz bu zəhəri, məzhəblərarası münaqişəni də onlar salırlar. Dedikləri ilə razılaşmayanları da kafir elan edirlər.
- Amma bəzi analitiklər hesab edirlər ki, gələcəkdə azərbaycanda demokratik yolla dəyişikliklər baş verməsə, məhz bu radikallar hakimiyyətə gələcəklər...
- Bilirsiniz, bunlar insanları həm də sosial ədalətin pozulduğu yerlərdə ətraflarına birləşdirə bilirlər. Onlar hakimiyyətdən haqq-ədalət tələb etdiklərini bəyan edirlər və beləliklə kütlə arasında müəyyən simpatiya qazanırlar. Ümumiyyətlə, iş yalnız inanclı adamların məscidə gedib namazlarını qılıb evlərinə dönmələri ilə bitmir. Onları ələ keçirən, cəlb edən xüsusi dəstələr var və belə dəstələrin də sayı artır. Təbii ki, Azərbaycan cəmiyyətində, idarəetmə prinsiplərində ədalətsizlik artarsa, bunların da sayı artacaq. Amma onu da deyim ki, dövlətin bu istiqamətdə də ciddi nəzarəti var.
- Bu radikalların arxasında kimlərin olması ilə bağlı Türkiyədə də maraqlı yanaşma var. Türk mətbuatı, hətta ssenarisinin Milli İstihbarat Təşkilatı tərəfindən yazıldığı iddia olunan «Kızılelma», «Kurtlar Vadisi» və digər seriallarda da açıq aydın radikalların arxasında Amerika, İsrail və bütövlükdə Qərb dünyasının durduğu bildirilir...
- Əgər bunların arxasında ciddi güclər dayanmasaydı, bunlar Avropadan silah alıb gətirə bilməzdilər. Təbii ki, başda Səudiyyə Ərəbistanı gəlir. Amma Suriya məsələsində Türkiyənin indiki hakimiyyətinin apardığı siyasət də onların təşkilatlanması və silahlanmasına rəvac verib. Bu səbəbdən də hələ Türkiyədə nələrin baş verəcəyini demək olmaz. Bu məsələdə demək olmaz ki, Amerika və ya Rusiya kimi fövqəldövlətlərin birbaşa əli var. Amma dolayısı ilə bu işlərdə onların da əlləri var. Məsələn, silah satışında, hansısa ölkəyə təzyiq etmək baxımından bunlardan istifadə etmək kimi məsələlər var. Xüsusilə Ərəb ölkələrinin bunlara çox böyük maliyyə yardımları var. Orada elə varlı insanlar var ki, onlar siyasətə birbaşa təsir edə bilirlər və bunlar da onların pulları ilə hərəkət edirlər və hazırda da onların yaxın hədəfi Suriya, İraq, Fələstin və Livandır.
- Belə çıxır ki, perspektivdə bizə də təhlükə var...?
- Əlbəttə, perspektiv planlarına bütün İslam dünyası daxildir və biz də İslam dünyasının tərkib hissəsiyik. Həm də unutmaq lazım deyil ki, biz uzaq hədəflərin yaxın hədəfiyik. Siz fikir verin, onlar ilk olaraq harada pul varsa, ora vurnuxurlar. Mosulda da ilk tutduqları bank, sonra da neftayırma zavodu oldu. Ona görə Azərbaycan da hədəfdə ola bilər.
- Yəni bunların qarşısında kimsə durmaq fikrində deyil?
- Hazırda Amerikanın dövlət katibi İraqda, daha dəqiqi Bağdaddadır. Bağdaddan da 60 kilometr aralıda «İraq Şam İslam Dövləti»nin böyük terrorçu qüvvələri durub. Bunlara qarşı Amerikanın köməkliyi ilə birbaşa müharibə elan edilməsə, bu, gələcəkdə bəşəriyyət üçün çox böyük təhlükə olacaq. Çünki perspektivdə onlar digər müsəlman ölkələrə gedəcəklər. Düşünürəm ki, bunu anlayan Amerika və digər fövqəldövlətlər bunların qarşısını alacaqlar. («Bizim Yol»)