vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
OLAY  
19:17 | 4 iyul 2014 | Cümə Məqaləyə 1697 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bank müdirindən MTN-ə məktub

Cahangir Hacıyev Eldar Mahmudova təşəkkür edib

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazıb. Vaxt.az xəbər verir ki, C.Hacıyev məktubda MTN əməkdaşlarının keçirdiyi əməliyyata görə E.Mahmudova təşəkkür edib.


«Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu ilin iyun ayında keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sistemlərinə qanunsuz daxil olmaq yolu ilə Azərbaycan Beynəlxalq Bankının müştərilərinin hesablarından pul vəsaitlərini ələ keçmiş şəxslər müəyyən edilərək zərərsizləşdiriblər.

Əməliyyatın qısa müddətdə hazırlanıb keçirilməsi, cinayətkar qrupun bütün üzvlərinin ifşa olunub tutulması və onların hər birinin cinayətdə rolunun, iştirakçılıq dərəcəsinin təfsilatı ilə müəyyən olunması Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının yüksək peşəkarlığını, böyük təcrübə və bacarığa malik olduqlarını bir daha nümayış etdirib.

Gələcəkdə də hər hansı bir qanunsuzluğun qarşısının qətiyyətlə alınacağına əminlik yaradan belə şərəfli və səmərəli fəaliyyətinizə görə Sizə və rəhbərlik etdiyiniz Nazirliyin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk» - deyə, C.Hacıyevin məktubunda bildirib.