«Hörümçək toru» əməliyyatı
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir; Beynəlxalq Bank işi üzrə hələ də davam edən istintaq bankdan «buxarlanmış» pulları axtarır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Hacıyevlərin çirkli pulları…
Cahangir və Zamirə cütlüyünün biznesi “Bloomberg”in araşdırmasında – II YAZI
-
Hacıyevlərin çirkli pulları…
Cahangir və Zamirə cütlüyünün biznesi “Bloomberg”in araşdırmasında – I YAZI
-
Beynəlxalq Bank Ali Məhkəmədə də uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Beynəlxalq Bank məhkəməni uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Dollar borclularına muştuluq
Məhkəmə devalvasiyanı şəraitin əhəmiyyətli dəyişməsi hesab etdi və ya Beynəlxalq Bank Prezidentə qarşıdır?!
-
«İndi bütün Azərbaycan bizə borcludur»
Qazaxıstanlı nazir Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini yada saldı
-
Beynəlxalq Bank «mandraj»da
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
-
Beynəlxalq Bank özünü itirib
Deyəsən dollar krediti olanlar yaxında şad xəbər alacaqlar!
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
Beynəlxalq Bank cığallıq edir
Əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər, yaxud bank sistemini silkələyəcək avantüra
-
Beynəlxalq Bank cığallıq edir
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
-
«Onlar milyardları belə taladılar»
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
-
Manat ABŞ dollarına nisbətdə möhkəmlənir
Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var
-
«Texniki dəstək verməyə çox şad olarıq»
Avropa bankı ABB-nin səhmdarı ola bilər
-
«Əsas məqsəd maraqların təminatıdır»
Elnur Məcidli: «Sonra heç nə olmamış kimi həyat davam edir»
«Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində səhhəti pisləşib. Modern.az xəbər verir ki, bu haqda C. Hacıyevin vəkili Aqil Layıcov bildirib. Vəkil bildirib ki, müvəkkili artıq sərbəst hərəkət də edə bilmir: «Ötən həftə ailəsi ilə telefonla danışıb və bildirib ki, sərbəst hərəkət edə bilmir. Onun ürəyində ciddi problem yaranıb. Onun ürəyində Haşimato sindromu xəstəliyi aşkarlanıb. Cahangir Hacıyev bir neçə dəfə anidən kliniki ölüm kimi hallar keçirir, ürək qısamüddətli dayanır. Bu da çox təhlükəlidir».
Vəkil bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Penitensiar Xidmət və Ombudsman Aparatına müraciət edib: «Müraciət etmişik ki, ya Cahangir Hacıyevi müayinə etmək üçün kənardan həkim-kardioloq gətirilsin, ya da müalicə müəssisəsinə köçürülsün».
Bir neçə milyardın ölkə xaricinə daşınması və Beynəlxalq Bankın talanmasına görə 15 il həbs cəzası almış C.Hacıyevin yaxın vaxtlarda yenidən istintaqa cəlb ediləcəyi barədə xəbərlər var. İddiaların nə dərəcədə ciddi olduğunu indilikdə söyləmək çətindir, çünki Beynəlxalq Bank işi üzrə hələ də davam edən istintaq haqda geniş ictimaiyyətə geniş məlumat verilmir. Bəzi hallarda isə bankdan «buxarlanmış» pullar qeyri-rəsmi üsullarla axtarılır, hətta bəzi iş adamları sorğu-suala çağırılır. Mənbə deyib ki, Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu «hörümçək toru»nu tam açmaq mümkün olmayıb. Bu səbəbdən C.Hacıyevlə bağlı istintaqın bitdiyini demək olmaz.
Yada salaq ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı «MBA-Moskva» tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq «MBA-Moskva» bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.
Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.
İqtidarın C.Hacıyevə olası qəzəbi bunlarla da bitmir. Məlumdur ki, London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan «Sberbank» və «Franklin Templeton Investment Management Limited» şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.
Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir. ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, «Sberbank» və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb.
Ekspertlərin sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq.
C.Hacıyevin, vəkilin dediyi kimi, səhhətində ciddi problemlər olsa da, ailəsi Londonda «kral ailəsi» kimi yaşayır. Xanımı və uşaqları Britaniya vətəndaşlığı alıb.