
Qızıl yenidən bahalaşıb
Bazarın faiz endirimi gözləntiləri iyuna qaldı
Bazarın faiz endirimi gözləntiləri iyuna qaldı
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – bu necə ola bilər ?
Nefti qiymətlərini qaldıran səbəb qiymətli metalı düşürür
Qiymətli metal Çindən artan tələblə bahalaşmaqda davam edir
Yüksək idxal valyuta tələbi də yaradır
Fond indekslərinin dəyərinin artması valyutalara da təsir edib
Qızıl sabah və birisi günkü iclas ərəfəsində bahalaşıb
Baffett: “Nağd pula azaltmaq üçün səhmlərin toplanması ən axmaq investisiyasıdır”
Qiymətli metal bu il ilk dəfə iki həftəni ardıcıl ucuzlaşma ilə bağlayır
Qiymətlər 1,8 faiz ucuzlaşıb
Qlobal qızıl tələbi birinci rübdə ən yüksək səviyyəyə çatıb
Bütün dünya qiymətli metal alarkən üç ölkənin mərkəzi bankı 20 ton satıb
Təhlükəsiz sığınacaq tələbi azaldıqca ....
Yumşaldılan tariflər qiymətlərə təsir edir
Ticarət müharibəsi ilə bağlı narahatlıqlar azaldıqca qızıl ucuzlaşmağa davam edir
ABŞ banklarına bir gündə il ərzində aldıqlarından daha çox müraciət gəlib
Beynəlxalq Bank dollarda müddətli əmanəti olanlara müraciət edib (http://www.disput.az/index.php… istinadən dərc edirəm). Müraciətdə əmanət üzrə faiz dərəcələrinin birtərəfli olaraq 2 faizə endirilməsi bildirilir (hazırda 5 faiz və daha yuxarıdır). Bank bunu onunla əsaslandırır ki, onun vəziyyəti ciddi şəkildə pisləşib, sabiq rəhbəri Cahangir Hacıyevin dövründə müəyyən olunmuş faiz dərəcələri isə yüksəkdir. Buna görə də Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək deyir ki, şərait əhəmiyyətli dərəcədə dəyişib. Xatırladıram ki, həmin maddənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.
Bu yanaşma qanunsuzdur! Belə ki, həmin Mülki Məcəllənin 948.3-cü maddəsində deyilir: “Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz”. Yəni bankın birtərəfli qaydada əmanət üzrə faiz dərəcəsini dəyişməyə ixtiyarı yoxdur.
Uzaq başı öhdəliklərini könüllü restrukturizasiya edə bilər! Necə ki, Beynəlxalq Bank cari ildə bunu xarici kreditorlarına münasibətdə etdi. Amma buna kreditorların 2/3 hissəsinin razılığı tələb olunur. Axı niyə xarici kreditorlara gəldikdə onlarla danışıqlar aparılır, razılıqları istənilir, yerli əhaliyə gəldikdə isə saymazlıq nümayiş etdirilir?
O ki qaldı bankın vəziyyətinin pisləşməsinə və s., əvvəla, dövlətimiz təkcə bu il 1 milyard manat zərəri olan Beynəlxalq Banka 3 milyard manat hədiyyə edib. Yəni 2 milyard manat qabaq düşən bankda vəziyyət yenə pisləşib? Nə tez daş saldılar bu vəsaitin də başına?
Digər tərəfdən, eyni məntiqlə onda banklara dollarda borcu olanlar da faiz dərəcəsini birtərəfli qaydada aşağı sala bilər. Onların da vəziyyəti çox pisləşib, amma onlara 3 milyard manat peşkəş verən də yoxdur. Odur ki, borclular Beynəlxalq Bankın bu məktubundan faydalana bilər, o cümlədən məhkəmə proseslərində (və nəinki faiz dərəcəsi məsələsində!). Axı niyə banka müştərisinə münasibətdə bunu etmək olar, müştəriyə isə banka münasibətdə olmaz? Olar! Odur ki, əslində Beynəlxalq Bank bu hərəkəti ilə bütün bank sistemini ciddi silkələyəcək! İndi borclular da faiz dərəcələrinin kəskin azaldılmasını (və digər şərtlərin də dəyişdirilməsini) tələb edəcəklər, xüsusilə dollar kreditlər üzrə!
O ki qaldı əmanətçilərə, onlara Beynəlxalq Bankı məhkəməyə verməyi tövsiyə edirəm. Bankın bu hərəkəti qanunsuzdur. Haqqınızı tələb edin!
Bütövlükdə əmanətlərə gəldikdə isə elə dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının faktiki rəhbəri İbrahim Alışov əmanətlərin artması haqda muştuluq vermişdi. Beynəlxalq Bankın bu hərəkətindən sonra yaxında qara xəbər versə, təəccüblənmərəm. Yeri gəlmişkən, bu hərəkət o cümlədən bir daha bank sistemində özbaşınalığın, idarəçiliyin və nəzarətin səmərəsiz olmasından xəbər verir...