Dollar borclularına muştuluq
Məhkəmə devalvasiyanı şəraitin əhəmiyyətli dəyişməsi hesab etdi və ya Beynəlxalq Bank Prezidentə qarşıdır?!
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Beynəlxalq Bank Ali Məhkəmədə də uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Beynəlxalq Bank məhkəməni uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
«Hörümçək toru» əməliyyatı
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir
-
«İndi bütün Azərbaycan bizə borcludur»
Qazaxıstanlı nazir Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini yada saldı
-
Beynəlxalq Bank «mandraj»da
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
-
Beynəlxalq Bank özünü itirib
Deyəsən dollar krediti olanlar yaxında şad xəbər alacaqlar!
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
Beynəlxalq Bank cığallıq edir
Əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər, yaxud bank sistemini silkələyəcək avantüra
-
Beynəlxalq Bank cığallıq edir
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
-
«Onlar milyardları belə taladılar»
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
-
Manat ABŞ dollarına nisbətdə möhkəmlənir
Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var
-
«Texniki dəstək verməyə çox şad olarıq»
Avropa bankı ABB-nin səhmdarı ola bilər
-
«Əsas məqsəd maraqların təminatıdır»
Elnur Məcidli: «Sonra heç nə olmamış kimi həyat davam edir»
-
«Moody’s» ABB-nin reytinqlərini yüksəldib
Xarici kreditorların razılığı Beynəlxalq Bankının imcinə təsir etdi
-
Samir Şərifov «portfelsiz nazir»ə çevrilir
ABB vasitəsilə milyardlarla dolların mənimsənilməsinin qarşısını ala bilməməsi bir yana...
Ötən ilin sonunda Beynəlxalq Bank maliyyə vəziyyətinin pisləşməsi səbəbindən vətəndaşların xarici valyutadakı əmanətləri üzrə faiz dərəcəsini qanunsuz olaraq birtərəfli qaydada 2 faizə endirib. Buna görə də əmanətçilərin xeyli hissəsi əmanətlərini həmin bankdan geri götürüb. Lakin bir qismi də məhkəməyə üz tutub. Onlardan birincinin vəkili mənəm və işə Nəsimi rayon məhkəməsində hakim Rəşid Səmədov baxırdı. Bankın tamamilə əsassız vəsatəti ilə iclaslar qapalı idi. Guya bankın kommersiya sirrinə dair məlumatlar açıqlanmalı idi, amma açıqlanmadı (əslində, sadəcə iclasın açıq olmasından qorxdular!). Bank ümumiyyətlə heç yazılı etiraz da təqdim etmədi. Bankın nümayəndəsi elə tutuquşu kimi təkrarlayırdı ki, ölkədə devalvasiya baş verdiyi üçün bankın vəziyyəti pisləşib, buna görə də əmanətlər üzrə yüksək faiz ödəməyə qadir deyil.
Nəticədə məhkəmə də iddiamızı təmin etmədi və bankın tərəfini tutdu. Qətnaməni dərc edirəm. Əvvəlki məlumatımda da vurğuladığım kimi, məhkəmənin bankın tərəfini tutması dollarda borcu olanların vəziyyətini yaxşılaşdıracaq. Belə ki, qətnamədə o cümlədən deyilir: “…ölkədə devalvasiyanın baş verməsi və manatın ABŞ dolları qarşısında dəyərini xeyli itirməsi halını əksəriyyət ağlabatan mühakimə şəraitində əvvəlcədən görə bilməzdi. Çünki artıq uzun illər Azərbaycan manatı ABŞ dollarına münasibətdə möhkəmləməkdə davam edirdi. Ona görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsini məhkəmə qəbul edir…”
Deməli, eyni ilə dollarda borcu olanlar da bundan sonra bu qətnaməyə istinadən deyə bilər ki, “mən də devalvasiyanı gözləmirdim (ölkənin ən iri bankı gözləmirdisə, mən necə gözləyə bilərdim axı?!), nəticədə bu məzənnə ilə borcumu ödəyə bilmirəm, odur ki, müqaviləni birtərəfli qaydada dəyişirəm”. Başqa sözlə, Beynəlxalq Bankın qanunsuzluğuna haqq qazandıran məhkəmə əslində dollar borclularına kömək etmiş oldu!
Bununla belə, əlbəttə ki, Beynəlxalq Bankın sözügedən qanunsuz hərəkəti nəinki onun cari rəhbərliyinin qeyri-peşəkarlığının kulminasiyası, həmçinin birbaşa ölkə başçısına qarşı atılmış addım oldu. Belə ki, bank əmanətçilərə məktubunda hərəkətini əsaslandırarkən yazır: “Müqavilə bağlandıqdan ötən dövr ərzində ölkə iqtisadiyyatında, o cümlədən bank-maliyyə sektorunda baş vermiş əhəmiyyətli dəyişikliklər nəticəsində 2016-cı il ərzində Bankın maliyyə vəziyyəti ciddi dərəcədə pisləşmişdir”. Sonra da Prezidentin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanına istinad edir. Halbuki, həmin Fərmanda nəinki əmanətlərdən söhbət getmir (yalnız problemli kreditlərdən bəhs edilir) və “bankın yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş” olmasının vacibliyi vurğulanır, üstəlik deyilir: “son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olmuşdur”. Yəni Cənab Prezident bankın vəziyyətinin pisləşməsinin səbəbi kimi onun daxili problemlərini vurğulayır, bankın rəhbərliyi isə xarici səbəbləri qabardır və eyham vurur ki, ölkədə iqtisadi vəziyyət yaxşı deyil. Baxmayaraq ki, möhtərəm dövlət başçımız dəfələrlə bunun tam əksini söyləyib. Məhkəmədə mən Prezidentin bir sıra çıxışlarından sitat da gətirdim (yazılı təqdim etməklə) ki, ay balam, dövlət bankı ölkə başçısına qarşı çıxır, məhkəmə buna necə haqq qazandıra bilər axı?!
Maraqlısı həm də odur ki, ötən ilin yayında bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı onun müşahidə şurasının sədri Samir Şərifov (maliyyə naziri) və idarə heyətinin sədri Xalid Əhədov bəyanat vermişdilər ki, şərtlərin dəyişdirilməsinin əmanətçilərə aidiyyəti yoxdur. Nəticədə isə belə çıxdı ki, aidiyyəti oldu, bizi yenə aldatdılar!
Ən vacibi isə budur ki, məhkəməyə bankın saytından götürdüyüm maliyyə hesabatlarını təqdim etdim. Həmin hesabatlara görə bank ötən ili 806 milyon manat xalis mənfəətlə və 202 milyon manat xalis faiz gəliri ilə bitirib. Bəs onda niyə deyir ki, vəziyyəti pisləşib və faizləri ödəyə bilmir? Bu boyda da yalan olar?
Bankın nümayəndəsi təbii ki, bu suallara cavab verə bilmədi. Bunun əvəzinə daha çox mənim fəaliyyətimdən danışırdı. O cümlədən sonda dedi ki, Əkrəm Həsənovun banklardan nə istəməsi məlum deyil. Mən də belə cavab verdim: “Mən yalnız Azərbaycanda qanunçuluğun hökm sürməsini istəyirəm. İkili standartlar yolverilməzdir! Axı niyə banka borcu olanın başına oyun açılır, amma müflis bankda xeyli şəxsin pulu batdığı halda heç kəs cəzalandırılmır? Axı niyə devalvasiya nəticəsində borcunu ödəyə bilməyənlərə güzəşt edilmir, amma eyni səbəblə bank güzəştə nail olur? Buna son qoyulmalıdır!”