

“Astana Opera”nın Bakıya qastrolu
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Tokayev hərbi doktrinanı da dəyişdirib
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
İki yol arasında fərq 500 km-ə yaxındır
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
Tokayevin separatçıları Putinin yanında “kvazi dövlətlər” adlandırması Moskvada qıcıq doğurub
Rusiya Qazaxıstan neftinin Avropaya nəqlini dayandırır
Restoranlarının öz məhsullarının yarıdan çoxunu Rusiyadakı tədarükçülərdən alırmış
Orta Asiya kimlər tərəfindən və niyə qarışdırılır?
Qazaxıstan parlamentinin deputatları yenidən maliyyə naziri Baxıt Sultanova Vahid Yığım Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini xatırladıblar.
Virtualaz.org «Kazinform»a istinadən bildirir ki. deputat Darxan Kaletayev Senatın plenar iclasında çıxış etmiş maliyyə nazirindən soruşub: «Pensiya fondunun Azərbaycan iqtisadiyyatına qoyulmuş pulları ilə bağlı vəziyyət necədir? Yəqin ki, bunları investisiya hesab etmək olar».
«İnvestisiyalar Vahid Yığım Pensiya Fondu tərəfindən ABB-nin istiqrazlarına qoyulub. Həmin bank müəyyən çətinliklər nəticəsində restrukturizasiya prosedurlarına məruz qalıb. Bu prosesə Azərbaycan hökuməti də qoşulub. İndi bizə Azərbaycan Beynəlxalq Bankı deyil, ölkənin özü borcludur.
Danışıqlar nəticəsində həmin istiqrazların suveren istiqrazlara dəyişdirilməsinə nail olunub, müddət 15 ilə qədər artırılıb. Başqa sözlə, restrukturizasiya nəticəsində faiz dərəcəsi azalıb. Buna baxmayaraq, əsas borc və üstəlik həmin dərəcələr üzrə gəlirlilik, az da olsa, saxlanılıb. Buna görə də, bugünkü vəziyyətə görə, həmin vəsaitlərin qaytarılması, demək olar ki, təmin edilir. Bundan başqa, həmin istiqrazların alışı nəticəsində müəyyən hissə VYPF tərəfindən gəlir şəklində əldə edilib», - nazir deyib.