vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
PROBLEM  
11:34 | 5 iyul 2014 | Şənbə Məqaləyə 2921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət Komitəsinin qorxulu statistikası

«Abortların sayı doğuşdan çoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu rəqəmlər BMT-nin Əhali Fondu tərəfindən 2012-ci ildə keçirilən və 2013-cü ildə nəticələri çap edilən «Azərbaycanda doğulan uşaqların cinsə görə nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat»da öz əksini tapıb.


Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) APA TV-yə verilən məlumata görə, bu, Dövlət Komitəsi və BMT-nin tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir. Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bugöstərici 83 faizə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır. Tədqiqatın nəticələrinə görə, ailəli qadınların yarıdan çoxu - 56 faizi ən azı bir abort əməliyyatı keçirib. Abort əməliyyatı keçirmişlərin faizi yaş artdıqca çoxalır. 40-44 yaşdan başlayaraq qadınların dörddə üçü - 73 faizi həyatlarında ən azı bir abort əməliyyatı etdirib.