vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TƏHSİL, DİN  
19:38 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 1929 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirdən yeni əmr

Şagirdlərin sinifdən-sinfə qaydalar təsdiqləndi

MÖVZU İLƏ ƏLAQƏLİ

Təhsil nazirinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə «Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar» təsdiq edilib.

Təhsil Nazirliyindən Vaxt.az-a verilən məlumata görə, həmin qaydaların 6-cı və 7-ci bəndlərinin tətbiqi ilə əlaqədar təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq olunmuş «Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat»ın illik qiymətin çıxarılması ilə bağlı 4.14-cü bəndində müvafiq dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

Qeyd olunanları nəzərə alaraq təhsil nazirinin əmrinə əsasən, şagirdin illik qiymətinin hesablanması qaydası təsdiqlənib.

Bütün məktəblərə şagirdin illik qiymətinin çıxarılması cədvələ uyğun hesablanması tapşırılıb.