vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
13:25 | 18 iyul 2014 | Cümə Məqaləyə 1633 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan səhiyyəsində ilk

Talassemiya Mərkəzində 3 xəstəyə sümük iliyi köçürülüb

Ülviyyə XUDUZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda ilk dəfə olaraq Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi əməliyyatı həyata keçirilib». Bu məlumatı Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Virtualaz.org saytının mətbuat konfransında iştirak edən müxbiri xəbər verir ki, direktor hazırda həmin xəstələrin vəziyyətinin normal olduğunu dedi.

R.Rzayev bildirdi ki, daha 24 xəstə sümük iliyinin köçürülməsi üçün növbədə gözləyir. Onlardan 10 nəfəri mərkəzə müraciət edib və həmin xəstələrə sümük iliyinin köçürülməsinin lazım olub-olmaması araşdırılır: «Elə xəstələr var ki, onların xəstəliyi ağır olduğundan sümük iliyinin köçürülməsi mümkün olmur».

Direktor qeyd etdi ki, əməliyyat belarusiyalı həkimlərin köməkliyi ilə aparılır: «Ümumiyyətlə, MDB məkanında Belarus, Ukrayna və Rusiyada sümük iliyi köçürülür. Dünya üzrə isə 16 ölkədə bu əməliyyat həyata keçirilir».

R.Rzayev bildirdi ki, Azərbaycanda 16 yaşına qədər uşaqlara sümük iliyi köçürülür.

Talassemiya Mərkəzində müraciətlərin araşdırılması üçün mərkəz yaradıldığını deyən R.Rzayev bütün müraciətlərə baxıldığını və lazım olan yardımların edildiyini söylədi.