Nazir tələbələrlə görüşdü
Mikayıl Cabbarov xaricdə təhsil almaq hüququ qazananları təbrik edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
-
Daşımalarda dinamika ...
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 11,3 faiz artaraq, ...
-
ÜDM-də tarixi rekord
Amma idxal qiymətlərində də ciddi artım var
-
“Bizə qələbə yaraşır!”
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
-
Xəzər düyünü açılacaqmı?
4 ölkə dil tapsa da, İran dirəniş göstərir
-
Nazirdən inanılmaz statistika
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
-
Qeyri-neft sektorunda tarixi göstərici
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb
-
“İqtisadiyyatımız “kölgə”dən “ağ”a meyllənir”
Mikayıl Cabbarov: “Çatışmazlıqlar və hədəflər var”
-
Spiker nazirə şikayətləndi
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
“Biz müxtəlif dinlər və xalqların nümayəndələri üçün bir ev olmuşuq”
Nazir: “Azərbaycan qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır”
-
Nazir yeni departament yaratdı
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
-
Vergi nazirinin hədəfləri
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
-
Mikayıl Cabbarov köhnələrə etibar etmir?
Vergilər Nazirliyi işçi yığmağa başladı – ingilis dilini bilənlərə üstünlük veriləcək
Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin bir qrupu ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk tələbələrin bir qrupu təhsilini Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Niderland Krallığı, Avstraliya, Almaniya, Polşa, Fransa, ABŞ, Finlandiya, İtaliya, Rusiya Federasiyası, Belçika, İspaniya və İsveçdə bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Harvard, Kembridc, Lund, Melburn universitetləri və Parisin Ali Kommersiya Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.
Xaricdə təhsil üzrə Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün sənəd qəbulu 22 may - 08 avqust tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir.
2007-2013-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış gənclərin ümumi sayı 2612 nəfərdir.