vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
16:24 | 24 iyul 2014 | Cümə axşamı Məqaləyə 12589 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərbi geyim qaydaları dəyişilir

Bu element tam yox, qismən ləğv edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyim qaydalarında dəyişikliklərin edilməsi gözlənilir. Bu barədə hərbi mənbələrdən məlumat verilib. Artıq bununla bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dəyişikliklər layihəsi hazırlanaraq təsdiq olunmaq üçün hökumətə təqdim olunub.

Layihədə hərbçilərin geyimləri ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Yeniliklərin nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin sonlarında müdafiə nazirinin əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasının daşınma qaydaları»nda dəyişikliklər edilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş növbətçiliyi, çöl məşğələləri, təlimlər, daxili və qarovul xidmətlərinin aparılması halları istisna olmaqla, kamuflyaj rəngli yay (qış) və istiləşdirilmiş gödəkcələrində bel kəmərlərinin daşınmamasına icazə verilir. Uniformada bu element tam yox, qismən ləğv edilib. Burada məqsəd həm hərbi formanın estetik baxımdan görünüşü, həm də hərbi qulluqçuların rahatlığına üstünlük verilməsidir.(APA)