vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
14:16 | 2 avqust 2014 | Şənbə Məqaləyə 1599 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bazar günü 39 dərəcə isti olacaq

3 avqustda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Vaxt.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.  Atmosfer  təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70, gündüz  40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 03-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi,  lakin   gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda  şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.  Mülayim cənub-şərq  küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.