vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SƏHİYYƏ, ORDU  
01:45 | 3 avqust 2014 | Bazar Məqaləyə 10469 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Generallar təcili cəbhə xəttinə getdi

Ordu «1 nömrəli döyüş hazırlığı» vəziyyətinə gətirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan generalları hazırda döyüş bölgəsindədir. Axar.az özəl mənbələrə istinadla xəbər verir ki, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov və kəşfiyyat rəisi, general-mayor İlqar Mazanov döyüş bölgəsinə yollanıb. Hazırda onların bütün əməliyyatlara səhra qərargahından rəhbərlik etdikləri bildirilir. Bundan əlavə, Müdafiə Nazirliyinin digər yüksək rütbəli generalları da cəbhədədirlər.

Qeyd edək ki, son günlər ermənilərin cəbhədə sistemli atəşkəsi pozması və kəşfiyyat-diversiya qruplarının müntəzəm hücumu nəticəsində Azərbaycan 3 gündə 14 şəhid verib, erməni tərəfi isə 20 itki verdiklərini açıqlayıb. Ermənilərin cəbhədə aktivləşməsi avqustun 2-də ağır hərbi texnikanın cəbhəyə yeridilməsinə səbəb olub. Avqustun 2-də həmçinin hərbi helikopterlər və qırıcılar da havaya qaldırılıb. Ordumuz «1 nömrəli döyüş hazırlığı» vəziyyətinə gətirilib.

Xatırladaq ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da qısamüddətli məzuniyyətini yarımçıq qoyaraq avqustun 2-də birbaşa cəbhə bölgəsinə gəlib.