vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
16:50 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2514 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həmin ərazilərə getməyin»

ABŞ-dan vətəndaşlarına Dağlıq Qarabağ xəbərdarlığı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Ermənistandakı vətəndaşlarına cəbhə xəttindəki vəziyyətlə bağlı müraciət edib. Ermənistandakı ABŞ Səfirliyinin müraciətində qeyd olunub ki, sözügedən ölkənin vətəndaşları cəbhə xəttinə yaxın ərazilərə səfər etməsinlər.

Müraciətdə həmçinin bildirilib ki, İrəvandakı ABŞ hökumət nümayəndələrinin cəbhə boyu ərazilərə səfərləri məhdudlaşdırılıb.

«Dağlıq Qarabağa yaxın ərazidəki təmas xəttində gərginlik artıb. ABŞ vətəndaşları təhlükəsizliklərinin qorunması məqsədi ilə çox saylı müraciətlər edilər. Vətəndaşlarımıza həmin ərazilərə getməməyi məsləhət görürük».

Qeyd edək ki, bir neçə saat öncə Ermənistan prezidentinin rəsmi köməkçisi Arman Saqatelyan cəbhə xəttindəki vəziyyətlə bağlı açıqlama verib. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər: «1994-cü ildə əldə edilən atəşkəs müqaviləsi tərəflərə açıq-aydın hüquqi öhdəliklər verir və bunlara hörmət göstərmək lazımdır» - deyə Arman Saqatelyan münaqişənin həllinə münasibət bildirib. (anspress.com)