vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
15:24 | 16 avqust 2014 | Şənbə Məqaləyə 2262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«28 May» hazırdır?

Bakı Metropoliteni qapıları açmağa tələsmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq 17 aydır Bakı Metropoliteninin «28 May» stansiyasının əsas giriş-çıxışı təmirə bağlanıb. Metronun qapısının açılması üçün vizual olaraq səbəb yoxdur. Amma Metropoliten rəhbərliyi yaxın vaxtlarda giriş qapısını açmaq fikrində deyil.

«Stansiyada kiçik texniki işlər qalıb. Bu işlər başa çatanda qapılar açılacaq», - deyə 1 ay əvvəl «Bakı Metropoliteni» QSC-nin mətbuat katibi Nizami Paşayev bildirmişdi. Amma bu «xırda işlər» bitmir.

«28 May» Bakı Metropoliteninin iki xəttini birləşdirən stansiyadır. Aşağı vestibül də daxil stansiyanın modernləşdirilməsinə 11 iyun 2012-ci ildə eskalatorların yenidən qurulmasından başlanılıb. 2013-cü ilin yanvarında yeni bina tikintisi ilə bağlı giriş-çıxış bağlanılıb. Çıxış 2013-cü il sentyabrın 16-da açılıb.

Sərnişinlər «20 May» stansiyasına girmək üçün «Cəfər Cabbarlı» stansiyasının girişindən, eləcə də «28 May» stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) istifadə edirlər. Bir çoxları hesab edirdi ki, «28 May» stansiyasının girişi Respublika günü - 28 mayda açılacaq. İndi girişin 15 sentyabrda açılacağı gözlənilir. («Turan»)