vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM  
09:05 | 25 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2313 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı, yoxsa Bombey?

Avtobuslara qarşı reydlərin «nəticəsi»...

Anar MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı şəhərinin ən yaralı yerlərindən biri onun ictimai nəqliyyatıdır. Avtobus sürücülərinin özbaşınalığı haqqında çox yazsaq da, onlar sərnişinləri təhqir etməkdən tutmuş, yol hərəkəti qaydalarını pozmağa qədər özbaşınalıq etməkdən çəkinmirlər. Bu özbaşınalığın əziyyətini nəinki sərnişinlər, digər paytaxt sakinləri çəkirlər.

Oxucular Milli.Az-a növbəti avtobus saymazlığını göstərən foto-fakt təqdim ediblər. Yasamal rayonu ərazisində, Şərifzadə küçəsi, 131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında çəkilən foto nəqliyyat sistemindəki mənzərəni çılpaqlığı ilə göstərir.

Bir neçə avtobus yolun hərəkət hissəsində saxlayıb. Nəticədə yolun bir hissəsini tutub və arxadan gələn maşınlar qarşı yola çıxaraq qəza təhlükəsi yaratmaq məcburiyyətində qalırlar. Bəs bu mənzərəni adi vətəndaş görürsə, bu işlə məşğul olan, daha dəqiq desək, bu problemin yaranmaması üçün təhkim olunmuş məmur, həmçinin  Nəqliyyat Nazirliyi və yol polisi görmür?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən hər dəfə təkrarlanan cavabı aldıq: «Yol polisi və Nəqliyyat Nazirliyi əməkdaşları avtobuslara qarşı birgə reydlər keçirir. Qayda pozuntusu edən sürücülər məsuliyyətə cəlb olunur».

Yol polisinin bu cavabından sonra Nəqliyyat Nazirliyinin mövqeyini öyrənməyə zərurət qalmadı. Çünki keçirilən birgə reydlərin nəticəsi göz qabağındadır.