vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
14:14 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Metropoliteni yeni qrafikə hazırdır»

Sentyabrın 10-dan sonra qış rejiminə keçiləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Metropoliten rəsmisinin sözlərinə görə, qış rejiminə sentyabrın 10-12-də keçiləcək: «Qış rejiminə əsasən sentyabr ayında keçirik, təxminən sentyabrın 10-12-si, yəni məktəblər başlamazdan az əvvəl».

Nəsimi Paşayev həmçinin bildirib ki, sərnişin sıxlığı yaranan kimi qış rejiminə keçilir. «Əsas amil sərnişin sıxlığıdır, bu baş verən kimi qış qrafikinə keçirik. İndi 24 cüt qatarla işləyirik, qış rejimində isə 30 cüt qatar. İntervalları da azaldırıq».

Mətbuat katibi qeyd edib ki, metronun «Elmlər Akademiyası» stansiyasında təmirdə olan eskalator da artıq hazırdır: «Əsaslı təmirdə olan eskalatoru da qış qrafikinə kimi tam istifadəyə verəcəyik. Təmir demək olar ki, yekunlaşıb. Sınaq yürüşlərindən sonra eskalator tam istifadəyə veriləcək».

N.Paşayev onu da əlavə edib ki, yay qrafiki zamanı bəzi qatarlar təmir edilib: «Yay qrafiki zamanı qatar sayını azaltmışdıq. İmkan vardı ki, qatarların da təmirini həyata keçirib qış qrafikinə hazır olaq. Artıq bu da həyata keçirilib və Bakı Metropoliteni demək olar ki, qış qrafikinə hazırdır».

Qeyd edək ki, metroda qatarlar iyunun 17-dən yay qrafikinə uyğun hərəkət edir. (azvision.az)