vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM  
17:24 | 1 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 3598 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kirayə evlər bahalaşıb

Bakıda ən ucuz mənzil aylığı 200 manatdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni dərs ili öncəsi binalarda kirayə haqqı bahalaşıb. Dəllallar «Turan»a bildiriblər ki, «Neftçilər» metrosu ətrafında 3 otaqlı ev iyulda 250 – 300 manat idi. Hazırda 300-400 manata verilir.

Bir otaqlı mənzillərin qiyməti 200-250 manat, 3-4 otaqlılar 350-500 manat olub. Çox otaqlı mənzillər populyar deyil. Söhbət ətraf rayonlardan gedir. Mərkəzdə qiymətlər bahadır. Dəllallar bir sutkanı 30-150 manata təklif edir.

Avqustda 1 otaqlı mənzilin kirayəsinin orta bazar qiyməti 600 manat olub. Amma kirayəçilər ikinci və üçüncü zonaya üstünlük verirlər.

Espertlərin fikrincə, qəbul imtahanlarının nəticələrinin elan edilməsi ilə bağlı kirayə və alınan mənzillər 20 və 7,5 faiz bahalaşıb.

Paytaxtda iş axtaranların çoxalması da qiymətlərə təsir edib. Bahalı mənzillər (ayda 1 min və baha) portfeldə 18,5 faiz, ucuz mənzillər (350 manatdan az) 40,4 faiz təşkil edib.