İnternet ticarətdən vergi tutulacaqmı?
Nazir Əli Abbasov Vergilər Nazirliyinin tələbindən narazıdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
Onları Tanrının ümidinə buraxaq?
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir
-
“Yoxlamalara ehtiyac qalmayacaq”
“ƏDV-nin qaytarılması yeni nəsil kassalar quraşdırılan yerdə mümkün olacaq”
-
Sadələşdirilmiş vergi niyə sıradan çıxarılır?
Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir
-
Ali Məhkəmə qanunsuzluğa qarşı
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
-
Yeni məcəllədə yeniliklər ...
Səyyar vergi yoxlaması ilə bağlı nələr dəyişəcək?
-
DSMF ödənişlərində fərq olacaq
Yeni “Vergi Məcəlləsi”nə sözardı
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Vergilər Nazirliyindən 14 nəfər qovuldu
Sahibkarlara divan tutan vergi məmuru da...
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
Nazir yeni departament yaratdı
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
-
Nağdlaşdırma vergisi qanunsuzdur
Məhkəmə ölkə tarixində misilsiz addım atdı
-
Vergi nazirinin hədəfləri
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
-
Eks nazirin yeznəsinin Türkiyədə biznesi ortaya çıxdı
Fazil Məmmədov və komandasının ölkə xaricindəki böyük əmlakları siyahıya alınır
Azərbaycanın dövlət qurumları arasında elektron kommersiyanın, o cümlədən internet ticarətin vergiyə cəlb edilməsi ilə bağlı fikir ayrılığı yaranıb. «Marja»nın məlumatına görə, Vergilər Nazirliyi elektron kommersiyanın vergiyə cəlb olunmasını zəruri saysa da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bunun əleyhinədir. Qeyd edək ki, hər iki qurumun arqumentləri əsaslıdır: Rabitə Nazirliyi bildirir ki, vergiyə cəlb olunması elektron ticarətin inkişafına mane ola bilər, Vergilər Nazirliyi isə ölkə qanunvericiliyini və bu sahədə özünü doğrultmuş dünya təcrübəsini əsas gətirir.
Bir neçə gün əvvəl Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb edilməsi üçün işlərə başlanacağını açıqlamışdı. Sentyabrın 3-də isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov elektron ticarətə vergi tətbiqinin əleyhinə çıxıb. O bildirib ki, «Azərbaycanda yenicə inkişafa başlayan elektron ticarətə verginin tətbiq edilməsi bu sahənin inkişafını ləngidə bilər».
Nazir bununla bağlı Vergilər Nazirliyinə müraciət edəcəyini də açıqlayıb: «Çalışacağıq ki, müvafiq qurumları elektron ticarətə vergi tətbiq edilməməsi üzrə inandıraq. Biz bu barədə Vergilər Nazirliyinə təklifimizi verəcəyik».
Öz növbəsində Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb edilməsinin vacibliyi ilə bağlı mövqeyini bir də açıqlayıb.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, vergi nəzarəti bu sahədə nizam-intizamın təmin olunmasına gətirib çıxardacaq. Vergilər nazirinin müşaviri qeyd edib ki, dünyanın hər bir yerində elektron ticarətə vergi nəzarəti həyata keçirilir: «Azərbaycanda da elektron ticarət dövriyyəsi durmadan artır. Bütün dünyada olduğu kimi Azərbaycanda da elektron ticarət vergiyə cəlb olunmalıdır». Müşavir elektron ticarətin vergiyə cəlb edilməsinin bu sahənin inkişafına mane olmayacağını bildirib: «Biz elektron ticarətə verginin tətbiq edilməsinin bu sahənin inkişafının ləngiməsinə səbəb olacağını hesab etmirik».