vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
14:32 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 2963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hansı nazirlik haqlıdır?

RYTN təşviqedici addım tərəfdarıdır, vergiləri isə bir şey düşündürür - «pul»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə elektron ticarətin vergi və gömrük rüsumlarından azad edilməsinə tərəfdardır. Vergilər Nazirliyi isə hesab edir ki, əksinə, elektron ticarətin dövriyyəsi getdikcə genişləndiyinə görə vergi nəzarəti daha da ciddiləşməlidir.

Ziddiyyəti şərh edən iqtisadçı ekspert Rəşad Həsənov «Media forum» saytına deyib ki, elektron ticarətin indiki halda vergiyə cəlb edilməsi doğru addım deyil: «Çünki ticarətin bu növü ölkədə yenicə təşəkkül tapır. Hökumət əslində bu istiqamətdə təşviqedici addımlar atmalı, o cümlədən vergi güzəştləri nəzərdə tutmalıdır. Bu sektorun inkişafı gələcəyə hazırlıq və ticarətin tam leqallaşdırılmasında əsas vasitə xarakteri daşımalıdır.

Hazırda elektron formada alğı-satqı daha çox xarici ölkələrlə həyata keçirilir. Yerli şirkətlər bu sahədə çox da maraqlı görünmür. Çünki elektron formada dövriyyə qaneedici deyil, dövriyyənin vergidən yayındırılması prosesi isə çətindir. Məhz bu səbəblərdən sahənin inkişafı tempi aşağı səviyyədədir. Digər tərəfdən isə alıcılar bu prosesdə aktiv deyil. Belə olduğu halda elektron ticarətin vergiyə cəlb edilməsi heç də məntiqli deyil.

Bu gün ölkədə qeyri-leqal dövriyyənin həcmi çoxdur və hökumət bu vəziyyətin dəyişməsində maraqlı olmalıdır. Elektron ticarət dövriyyəyə nəzarəti asanlaşdırmaq üçün əsas üsullardandır. Kiçik dövriyyəli elektron ticarəti vergiyə cəlb etmək dövlət büdcəsində ciddi artımı təmin etməyəcək.

Bu sektora vergi güzəştləri gələcəkdə ölkənin ticarət dövriyyəsinin böyük bir qisminin elektron üsulla həyata keçirilməsini təmin edə bilər ki, bu da kölgə iqtisadiyyatının qarşısının alınmasında daha uğurlu addım olar. Təbii ki, daha böyük sektorun vergiyə cəlb edilməsi daha böyük maliyyə qaynağı ola bilər. Bu halda ölkənin maraqları daha səmərəli təmin edilmiş olacaq».