vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
17:39 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1597 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məktəblərdə yoxlama aparılacaq

Nazirlik təmir olunan təhsil ocaqlarında problem olmayacağını düşünür

MÖVZU İLƏ ƏLAQƏLİ

«Məktəblərin əksəriyyəti yenidən təmirdən çıxdığı üçün sanitar-gigiyenik məsələlərdə problem mövcud deyil». Bu sözləri ANS PRESS-ə açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

O bildirib ki, məktəblərdə xüsusi ilə paylayıcı bufetlərin fəaliyyəti nəzərdə tutulur. Z.Kazımovun sözlərinə görə, yeni tədris ilindən etibarən məktəb bufetlərinin fəaliyyət istiqaməti müəyyənləşdikdən sonra müvafiq yoxlamalara başlanılacaq.

«Məktəblərdə əsasən bulka, un məlumatları kimi məhsulların satıldığı bufetlər üstünlük təşkil edir. Bu tip bufetlərə paylayıcı bufetlər deyilir. İsti yeməklərin bişirildiyi bufetlər isə elə də çox deyil. Bu bufetlər paylayıcı bufetlərdən fərqli olduğu üçün burada monitorinq şərtləri də fərqlidir. Biz bu məsələləri nəzərə alaraq hazırlıq işləri görürük».

Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri bildirir ki, bufetlərdə araşdırmalar aparılması üçün Ədliyyə Nazirliyin vahid reyestr sistemindən icazə alınmalıdır. Çünki bufetlər sahibkarlıq subyektidir.

Ziyəddin Kazımov qeyd edir ki, bufetlər məktəblərdə müqavilə əsasında fəaliyyət göstərirlər. Yəni, məktəblər Təhsil Nazirliyinə tabe olduğu halda, bufetlər sahibkarlara məxsusdur.