«Müştərilərinin çoxu azyaşlılardır»
Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış?
Ülviyyə XUDİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
30 nəfər ölüb
Mafiya müharibələrində ölkə qan gölünə çevrildi
-
122 sərnişinini öldürənlərə 50 il həbs
Meksika prokurorluğu narkotik kartelinin 11 üzvünə maksimum cəza verdi
-
Hər biri 600 dollarlıq “şirniyyat”
Tərkibində metamfetamin olan konfet payladılar
-
Baş rolda “El Çapo”nun oğludur
Xoakin Qusman Lopes bir daşla iki quş vurub; Meksika kartelini silkələyən əməliyyatın təfərrüatları
-
“Sinaola”nın liderləri hakim qarşısında
İldə 100 min amerikalının ölümünə səbəb olan “fentanil”in yaradıcıları ittihamları rədd edir
-
Meksika kartelinə böyük zərbə
“Sinaola”nın qurucuları narkobaron “El Mayo” və “El Çapo”nun oğlu tutuldu
-
Ayda 50 qram
Almaniya marixuananı leqallaşdırır
-
Hondurasda fövqəladə vəziyyət
Güc strukturları quldur dəstələrinə qarşı birgə hərəkətə keçib
-
Avropanı silkələyən hadisə
On bir ölkədə həyata keçirilən əməliyyat zamanı böyük bir cinayətkar şəbəkə məhv edilib
-
Rəşad Dağlı olayı sifarişdir?
Kriminal aləm, narkomafiya və İran şəbəkəsi ...
-
Narkomaniya – cahilliklə kamilliyin yeni mübarizəsi
Tərəddüd, qorxu, bəlkə susmaq lazımdır deyə yanlış fikir formalaşdırar
-
Rəşad Dağlı işində mafiya barmağı?
Öldürülən narkotik alverçisi və meyxanaçının şəbəkəni hədəfə alması şübhələrə əsas verir
-
“Ağ”la çəkilən “qırmızı xətt”
SEPAH-ın Ermənistanla narkotik ticarəti haqqında faktlar
-
TƏBİB tibb müəssisələrinin laboratoriyalarını yeniləyir
İnsan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb
-
Üç qurumdan səhiyyə açıqlaması
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
-
Səhiyyə Nazirliyində “zəlzələ”
4 müavin işdən çıxarıldı, 3-ünün yerinə təyinat var
Nəsimi rayonu, 1-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, 11A ünvanda yerləşən aptekdə satışı qadağan olunmuş, uyuşdurucu tərkibli «Tramadol» adlı dərman satılır. Bu fakt narkotik tərkibli dərmanlardan istifadə edən gənclərdən birinin anasının aptekdə çəkdiyi video görüntülərdən sonra bəlli olub. Görüntülərdən məlum olur ki, 14-15 yaşlı uşaqlar aptekdən bu dərmanları alır, biri elə aptekin qarşısında dərmanı qəbul edir.
Virtualaz.org saytı xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra aptek fəaliyyətini dayandırıb.
Qeyd edək ki, aptekin yaxınlığında 3 orta məktəb var. Azca aralıdakı mağazanın satıcıları iddia edir ki, müştərilərin əksəriyyəti azyaşlılardır. «Aptekdə narkotik tərkibli dərmanların satıldığını hər kəs bilirdi, müştərilərinin çoxu azyaşlılardır. Dəfələrlə şikayət edilib, amma tədbir görülmür», - satıcılardan biri əlavə edir.
Adının açıqlanmasını istəməyən digər satıcı da görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra aptekin qapısını bağlayaraq getdiklərini söyləyir. «Getməzdən əvvəl hamıya dedilər ki, soruşanlara «bilmirəm», «görməmişəm» söyləsinlər. Buna görə də, danışa bilmirik».
Maşınla gəlib-gedənləri izləyirlər
Aptekin qonşuluğundakı mağazaların satıcıları məlumat verməkdən imtina edirlər. Virtualaz.org-un əməkdaşları mağazaların birində müdirin satıcıya susması üçün tapşırıq verdiyinin şahidi olub. Mağaza sahibi bunu qonşunun çörəyinə bais olmamaqla əlaqələndirib. «Qonşudur, çörəyinə niyə bais olaq?»
Satıcılardan biri isə küçənin qarşı tərəfində dayanan ağ rəngli maşına işarə edərək izlənildiyimizi bildirir. «Aptekin əməkdaşlarından biri qarşıdan izləyir, heç nə danışa bilmərik. Yaxşı olar ki, bizdən heç nə soruşmayasınız», - satıcı mağazadan getməyimizi xahiş edir.
«Dərmanı qəbul edəndən sonra yeriyə bilmirdilər»
Bir qədər aralıdakı mağazanın satıcısından isə aptekin nə vaxt açılacağını soruşuruq. «Siz də aptekin müştərisisiniz?» sualına «yox» cavabı verəndən sonra satıcı aptekin narkomanların «oylağ»ına çevrildiyini söyləyir: «Bu küçədə hər addımbaşı aptek var. Amma hamı məhz bu aptekin qarşısına toplaşırdı. Bəzən gündə 50-60 adam gəlirdi, əksəriyyəti də 15-20 yaşlı cavanlar idi. Səhər tezdən aptekin qarşısında toplaşırdılar. O qadın doğru deyir, bəzilərinin yeriməyə heyi olmurdu, küçədə çöməlib otururdu».
Qadın deyir ki, qorxularından danışa bilmirlər. «Hamının balası var, pislik edəcəklərindən qorxuruq. 100 manata görə adam öldürürlər. Aptek bir gündür bağlanıb, amma müştəriləri toplaşıb açılmasını gözləyirlər».
Qarşı küçədəki mağazanın əməkdaşı da deyir ki, baş verənlər onları da narahat edir. Çünki gözlərinin önündə cavanlar məhv olur. «Heç kim qorxusundan şikayət edə bilmirdi. Deyirdik axşam mağazanın şüşələrini qırarlar, ziyana düşərik. Neyləyək, hamısı narkomanlardır, dərman qəbul edəndən sonra normal düşünə bilmirlər. Gözləyirik, özləri insafa gəlsinlər».
Dərmanlar niyə qadağan olunub?
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən virtualaz.org saytına bildiriblər ki, güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları təsdiq edilib. Bununla da siyahıda qeyd edilən dərman vasitələrindən sui-istifadə edilməsinin qarşısı alınır. «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» qanunda dəyişikliklər edilməsinə dair təkliflər Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanaraq Daxili İşlər Nazirliyinə göndərilib.
Nazirlik əməkdaşları qanunsuz dövriyyədən müsadirə edilmiş narkotik vasitələrin məhv olunmasında iştirak edirlər.
«Səhiyyə və Təhsil nazirlikləri «Narkotiklərə YOX deyək!» şüarı altında birgə kompaniya keçirir. Respublika Narkoloji Mərkəzinin əməkdaşları bu ilin 9 ayında Bakının 32 məktəbində, eləcə də 2,17,5,11 saylı cəzaçəkmə müəssisələrində narkotik vasitələrinin zərərləri ilə bağlı keçirilən tədbirlərdə iştirak ediblər, onlar maarifləndirici məlumat veriblər. Həmçinin Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunmuş virtual dərsdə, Prezident Administrasiyasının Xüsusi Mühafizə İdarəsində «Şəxsi heyət arasında sağlam həyat tərzinin təbliği» adlı tədbirdə təbliğat xarakterli çıxışlar edilib. Ümumilikdə, respublikanın əksər bölgəsində tədbirlər keçirilir, xüsusilə də yeniyetmə və gənclər məlumatlandırılırlar», - mərkəzin məlumatında deyilir.
Qeyd edək ki, «Tramadol» psixotrop dərmandır. Dərmanın əlavə təsirindən biri də asılılıq yaratmasıdır. Preparat eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. «Tramadol» həbi narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır. Bundan əlavə, uyuşdurucu təsiri göstərir. Bu həblər «şəxsiyyətin deqradasiyası»na gətirib çıxarır. Buna görə də, belə dərmanlar olduqca təhlükəli hesab edilir. «Tramadol»u yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib.