

Güc strukturları quldur dəstələrinə qarşı birgə hərəkətə keçib
On bir ölkədə həyata keçirilən əməliyyat zamanı böyük bir cinayətkar şəbəkə məhv edilib
Kriminal aləm, narkomafiya və İran şəbəkəsi ...
Tərəddüd, qorxu, bəlkə susmaq lazımdır deyə yanlış fikir formalaşdırar
Öldürülən narkotik alverçisi və meyxanaçının şəbəkəni hədəfə alması şübhələrə əsas verir
SEPAH-ın Ermənistanla narkotik ticarəti haqqında faktlar
İnsan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
4 müavin işdən çıxarıldı, 3-ünün yerinə təyinat var
Təsəllinin ən pisi ...
FHN-dən rəsmi açıqlama
Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın
İlham Əliyev Narkoloji Dispanserdə baş verən yanğınla maraqlanıb
Səhiyyə Nazirliyinin rəsmi məlumatı
Kokain və ekstazinin tən yarısını qarşılayan Avropanın ən mədəni ölkəsi narkotik və qadın cinayətləri görə dünyanın mərkəzidir
Azərbaycanda 20 mindən çox alkoqolik qeydə alınıb
Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtda fəaliyyət göstərən apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair yayılmış məlumatlarla əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir.
Adları çəkilən qurumlardan verilən birgə məlumata görə, «Best Pharma» MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında fəaliyyət göstərən aptekdə işləyən Natiq İsmayılovun həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol 225 mq-lik tərkibli «Royal» adlı və preqobalin tərkibli «Paden» adlı 7 ədəd həbi qanunsuz satmasında əsaslı şübhələr müəyyən edildiyindən noyabrın 11-də Bakı Şəhər Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri zamanı qeyd edilən aptekə baxış keçirilərkən 42 ədəd hər biri 300 mq olan «Lyrica pfizer» həbləri, güclü təsir edən dərmanların dövriyyəsi ilə bağlı qeydiyyat dəftərləri, təhlükəsizlik kamerasının yaddaş qurğusu aşkar edilərək maddi sübut kimi götürülüb.
İstintaqla həmçinin, aptekdə güclü təsir edən dərman vasitələrinin ayrıca satıldığı, həmin dərmanların pulunun ayrıca yığıldığı, qeyd olunan dərman vasitələrinin aptekdə xüsusi hazırlanmış gizli yerdə saxlanıldığı müəyyən olunub və həmin yerdən 40 min manatdan artıq dəyəri olan müxtəlif tərkibli güclü təsir edən maddələr aşkar edilərək götürülüb.
N.İsmayılov iş üzrə Cinayət Məcəlləsinin 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə ) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, aptekin faktiki rəhbəri İlham Yusifovun Cinayət Məcəlləsinin 308.1 və 240.3.2-ci maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin sonuncu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.
Hazırda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən digər şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.