vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
14:50 | 20 noyabr 2014 | Cümə axşamı Məqaləyə 1422 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elman Rüstəmov kreditlərlə bağlı söz verdi

«Azərbaycanda mənzil babadan nəvəyə ötürülmüş problemdir»

Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov parlamentdə bu gün keçirilən büdcə layihəsinin müzakirəsi zamanı deputatların təklif və iradlarına cavab verib.

Sədr qeyd edib ki, istehlak kreditlərinin 18 faiz təşkil edir: «Avtomobil kreditləri 14 faiz, ipoteka kreditləri isə 4-8 faizdir. Ancaq istehsal kreditləri 35-36 faizə çatır, bunlar isə tam təminatsızdır, çox sadələşdirilmiş kreditdir, hətta telefonla həll olunur. Təbii ki, bankları müdafiə etmək fikrində deyiləm. Əmanətlər üzrə orta faiz 9,6 faizdir, bu da olduqca böyük göstəricidir. Əhalimiz öz əmanətlərini olduqca yüksək faizlə verirlər. Bu əmanətlərin miqdarı yarım milyard olacaq. Bankların isə əldə edəcəyi gəlirlər 430 milyon manat civarındadır». 

Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlərin görüldüyünü söyləyən MB sədri, biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli həddə endirilməsi üçün maliyyə naziri ilə müzakirələrin aparıldığını vurğulayıb:

«2015-ci ildə kredit faizlərinin aşağı salınması üçün ciddi addımlar atılacaq. Ancaq məcburi yolla faiz dərəcələrinin aşağı salınması heç cür mümkün deyil. Bu varianta gedən ölkələr problemlər yaşayıb. Azərbaycan hökumətinin əlində imkanlar var ki, bu məsələni sırf iqtisadi yolla tənzimləsin”. 

Mənzil probleminin babalardan nəvələrə ötürülmüş problem adlandıran Elman Rüstəmov qeyd edib ki, indiyədək ölkədə böyük işlər görülüb: “İpotekaya ilkin tələbat 6 milyard dollardır. Bu tələbatı ödəmək üçün təbii ki, ciddi maliyyə resursları lazımdır. 2015-ci ildə ipoteka kreditlərinin həcminin əhəmiyyətli dərəcədə artırılmasını planlaşdırırıq».