Heydər Əliyev adına turnir
KİV nümayəndələri atıcılıq qabiliyyətlərini göstərəcək
İnformasiya şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İldırım sürətli məhkəmə prosesi
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
-
Vətəndaşların gözü qarşısında ...
Prezidentin işdən qovduğu generalın xuliqan oğluna 3 aylıq həbs qərarı
-
Bütün ölkənin məsxərəyə qoyduğu «general»
Prezident məmurlara yenidən xəbərdarlıq etdi; işdən qovulan yüksək rütbəli: «Mən özümdən başqa heç kimdə günah görmürəm»
-
Generaldan əsgərə yaraşmayan açıqlama
«Hər üç evladımı cənab prezidentin ayağının altında qurban etməyə hazıram»
-
«... Bu dəfə bağışlamadı»
İşdən çıxarılan general: «Prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, ...»
-
Prezident avtoxuliqan oğulun general atasını işdən qovdu
Rüstəmin özbaşınalığı Novruzəli Orucova baha başa gəldi
-
Bakıda daha bir məmur oğlunun özbaşınalığı
Novruzəli Orucovun oğlu avtoxuliqanlığa bir növ adətkar olub
-
«Təhsil haqqında» Qanuna dəyişikliklər...
... Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?
-
«Yaxın günlərdə açıqlama verəcəm»
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi işdən çıxdı
-
Səfərbərliyə kimlər çağırılacaq?
«10 günlük yoxlamalar ola bilər»
-
Müdafiə naziri bu dəqiqə Ağdamdadır
General Rəhimov da cəbhəyə gedir
-
Orduya qadın snayperlər cəlb olunacaq
Yeni açılacaq kurslarda həmçinin kəşfiyyatçı və paraşütçülər də yetişdiriləcək
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti KİV nümayəndələri arasında II atıcılıq turniri keçirəcək. Bu barədə vaxt.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nurəddin Heydərov xəbər verib.
N.Heydərovun məlumatına görə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turnirinə start verib. Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.
Xəbərdə daha sonra bildirilir ki, turnir may ayının 2-də «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin Sabunçu rayon filialında keçiriləcək.
Mətbuat xidmətinin rəhbəri turnirdə iştirak etmək üçün tələb olunan şərtləri açıqlayıb. Beləliklə, yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. Bunun üçün həmin KİV-dən komandanın tərkibi haqqında məlumatı aprel ayının 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına məlumat göndərməsi xahiş olunur.
Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü, vəzifəsi.
Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.