Səfərbərliyə kimlər çağırılacaq?
«10 günlük yoxlamalar ola bilər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türk qoşunları da Araza endi
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
-
Rusiyanın vasitəçiliyində çatlar
Reallığı qəbul etsələr, bölgədə qala bilərlər
-
İrəvana mühüm mesaj
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
-
Çatlaq səslər eşidilir
Ermənistan Laçın ermənilərinə söz verib
-
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
-
Aydın səmanın keşikçiləri
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
-
Ölüb! Умер! Died!
Əgər ermənilər “o sizin üçün ölüb, bizim üçün diridir” təsəllisi ilə yaşayırlarsa, “status”un yanına gedə bilərlər
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
8373 hektar ərazi təmizlənib
81 128 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
Kimə, niyə, nə üçün?
Rusiya Laçında yol çəkir ...
05.08.14 - «10 günlük yoxlamalar ola bilər»...
Müdafiə Nazirliyi sifariş verəcəyi halda ehtiyatda olan hərbi vəzifəli şəxslər hərbi toplanışlara çağırılacaqlar. Modern.az xəbər verir ki, «Trend»in sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildiriblər ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir: «Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Hərbi vəzifəlilər toplanışa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göndərilir. Müvafiq qanuna əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədi ilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 (on) günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər».
Xatırladaq ki, bu ilin iyul ayının ilk ongünlüyündə Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində keçirilmiş irimiqyaslı təlimlərinə Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq, SHXÇDX-nin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli şəxs çağırılaraq təlimlərə qatılmışdı. Həmin şəxslərin hərbi uçot məsələləri ilə bağlı tədbirlər təşkil edilmiş, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış dövrü üçün planlar dəqiqləşdirilmiş, yaradılması nəzərdə tutulan yeni hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi və çatışmayan heyətlə tam komplektləşdirilməsi qarşılıqlı şəkildə və yüksək səviyyədə həyata keçirilmişdi. Eyni zamanda, təlimlərə ehtiyatdan cəlb edilmiş hərbi vəzifəlilərlə döyüş hazırlığı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsi, silah və hərbi texnikadan istifadə qaydaları mövzusunda təlim-məşqlər keçirilmişdi.
SHXÇDX-dən «Trend»ə bildiriblər ki, Müdafiə Nazirliyi sifariş verəcəyi halda ehtiyatda olan hərbi vəzifəli şəxslərə bundan sonra da hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırışlar olacaq.