vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
11:39 | 28 yanvar 2022 | Cümə Məqaləyə 2666 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kimə, niyə, nə üçün?

Rusiya Laçında yol çəkir ...

Orxan HUN

MÖVZU İLƏ ƏLAQƏLİ

"Əsla düşünməyin ki, Rusiyanın güzəştə getməsindən bir dəfə istifadə edəndən sonra bundan daima faydalana biləcəksiniz. Ruslar həmişə əldən verdiklərini geri qaytarırlar. Və onlar gələndə imzaladığınız anlaşmalara güvənməyin. Həmin anlaşmalar yazıldıqları kağıza belə, dəyməz".

Otto fon Bismark əsrlər əvvəl belə demişdi və tarix göstərir ki, onun sözləri aktuallığını itirməyib.

...Azərbaycanda, Laçın rayonunda Laçın dəhlizinə alternativ olacaq yolun tərkib hissəsi olan körpünün inşasına başlanıb. Körpü Həkəri çayı üzərindədir.

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, Laçın rayonunun və eyniadlı şəhərin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçməsinə 1 il 10 ay qalıb.

Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olan məkana gedən "dəhliz"ə alternativ yol çəkilməsi, Murovdağda tunel çəkmək istəyi təbii ki, sülhməramlı fəaliyyət çərçivələrindən kənara çıxan məqamlardır.

Rusiyalı sülhməramlılar özlərini az qala yerli məkanın sahibləri, siyasi arbitrlər kimi aparır və ən başlıcası, yerli ermənilərə istisnasız olaraq bütün sahələrdə tam dəstək verərək onlarda bir sıra illüziyaların yaranmasına səbəb olurlar.

Bütün bunlarla yanaşı, Xankəndində, Əsgəranda, Ağdərədə, Xocalıda ermənilərin yeni mövqelər qurub inşa etmələrinə, iriçaplı atıcı silahlar və zirehli texnika, hətta tanklarla "təlim"lər keçməsinə məhz rusiyalı sülhməramlılar rəvac verirlər.

Yaşananlar üçtərəfli bəyanatın şərtlərinin çox kobud şəkildə pozulması, Azərbaycan vətəndaşlarının həyatları və təhlükəsizliyi üçün real təhdidlərin formalaşmasıdır. (milli.az)