vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
18:01 | 12 oktyabr 2015 | Bazar ertəsi Məqaləyə 1824 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yaxın günlərdə açıqlama verəcəm»

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi işdən çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nurəddin Heydərov işdən çıxıb. Modern.az xəbər verir ki, bu barədə N.Heydərovun özü «Facebook»da bildirib: «Hər son yeni bir başlanğıcdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində fəaliyyətim sona çatdı. Bu müddətdə Xidmətə media dəstəyi verən bütün həmkarlara təşəkkür edirəm. Ötən müddət mənim üçün böyük təcrübə oldu və çox dəyərli insanları tanıdım. Həmkarlarla işimiz yeni layihədə davam edəcək»-deyə N.Heydərov bildirib.

Qeyd edək ki, Nurəddin Heydərov 1998-ci ildən mətbuatdadır. 2002-ci ildən 2010-cu ilə kimi «Kaspi» qəzetinin baş redaktoru işləyib. 

*** 

«Yaxın günlərdə yeni işimlə əlaqədar açıqlama verəcəm». Bunu Modern.az-a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Nurəddin Heydərov deyib. O qeyd edib ki, yeni işi də mətbuatla bağlı olacaq.

«Deməzdim ki, mediadan uzaqlaşmışam. Yeni işim də media ilə bağlıdır. Lakin bu haqda indi tam açıqlama verə bilməyəcəm. Yaxın günlərdə bu haqda ətraflı məlumat verəcəm». N.Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən öz istəyilə ayrıldığını bildirib.