İldırım sürətli məhkəmə prosesi
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər əyardan bir medal
Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
-
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
-
Sürücülərin nəzərinə!
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
-
“100” kod adlı əmr
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
-
Sərxoşlar “Təmiz hava”nın qurbanı oldu
Yol polisi reyd keçirdi
-
“50 manat cərimə …”
Sürücülərə xəbərdarlıq
-
“Alternativ yollardan istifadə edin”
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
-
Riyad Əliyev saxlanıldı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
-
DYP niyə bu günə düşüb?
Rüşvəti ver polisə birini də üstəlik
-
Əzrayıl Azərbaycan yollarında «avtoşluq» edir
5 ölü, 38 yaralı
-
Bakıda nömrəsiz maşınları kimlər sürür?
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
-
11 mindən çoxu sərxoş olub
133 786 sürücü, 83 567 piyada cərimə olunub
-
«Yol polisi olmasa, ...»
Polkovnik taksi sürücülərindən şikayətçidir
-
Maşın ustaları yol polisi ilə əlbir imiş
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
-
Yol polisinin «qayğıkeşliyi»
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
-
Yollarda təhlükəsizlik tədbirləri gücləndirilib
DYP rəsmi məlumat yaydı
Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə xuliqanlıqda ittiham olunan Rüstəm Orucovun və Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə virtualaz.org saytına vəkil Kamandar Nəsibov məlumat verib. Vəkilin sözlərinə görə, zərərçəkmiş Sənan Səmədov məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərdən şikayət və tələbi olmadığını bildirib: «Məhkəmədə zərərçəkmiş və iş üzrə dindirilən üç şahid - Elçin Ağayev, Elxan Xəlilov və Əsgər Qasımov qeyd etdilər ki, baş vermis hadisədə Pərviz və Kənanın heç bir iştirakı olmayıb. Onlar yalnız hadisə baş verəndən sonra həmin əraziyə gəliblər. Eyni zamanda, orada ictimai asayişin pozulması da olmayıb. Kimin kimi vurduğunu həmin şəxslər görməyiblər. Bir də baxıblar ki, Sənan yıxılıb. Baş vermiş hadisə cəmi 20-25 saniyə çəkib».
Vəkil bildirib ki, bu məsələ yalnız inzibati qaydada həll olunmalıdır.
Məhkəmənin növbəti prosesi sentyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi «BMW» markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilməyib.
Qeyd edək ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
Generalın oğlunun sürücünü döyüb xəsarət yetirməsi üzrə məhkəmə istintaqı cəmi iki gün əvvəl başlamışdı və proses ildırım sürəti ilə yekunlaşır. Və məhkəmə baxışının gedişatından belə qənaətə gəlmək olar ki, bundan əvvəl yüksək sürətlə avtomobil idarə edərək piyadanın ölümü ilə nəticələnmiş, bu cinayətə görə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 3 il həbslə (ehtimal ki, əslində generalın oğluna müəssisənin səmtinə belə hərlənmədən cəza müddətini başa vurub) cəzalandırılmış Rüstəm Orucovun sonuncu əməlinə-sürücünün çənəsini vurub sındırmağa görə şərti cəza ilə yaxasını qurtaracaq. Ehtimal ki, sürücünün şikayətçi olmamasını və "digər yüngülləşdirici halları" nəzərə alaraq onu şərti cəza ilə sərbəst buraxacaqlar.