vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
13:07 | 16 iyun 2017 | Cümə Məqaləyə 2232 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təhsil haqqında» Qanuna dəyişikliklər...

... Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Parlamentin qəbul etdiyi və ali məktəblərə qəbul imtahanlarında müsabiqədən keçə bilməyən abituriyentlərin bir illik hazırlıq kurslarına cəlb edilməsini nəzərdə tutan qanun maraqlı məqamı gündəmə gətirib.

Hazırlıq kurslarına cəlb ediləcək orta məktəb məzunlarının hərbi xidmət məsələsi necə tənzimlənəcək?

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında bildirib ki, «Təhsil haqqında» Qanuna edilən dəyişiklikdə ali məktəblərin hazırlıq kurslarına cəlb ediləcək orta məktəb məzunlarının hərbi xidmət məsələsinin necə tənzimlənəcəyi ilə bağlı hər hansı bir maddə yoxdur.

«Onlar universitetlərdə təhsil almırlar axı. Ona görə də bu kurslarda təhsil alacaq orta məktəb məzunlarının yaşı həqiqi hərbi xidmət keçməyə uyğun gəlirsə yəni, həmin məzunların 18 yaşı tamamdırsa, onlar həqiqi hərbi xidmətə gedəcəklər. Yox, əgər uyğun gəlmirsə, onda həqiqi hərbi xidmətə getməyəcəklər».

Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, yəqin ki, «Təhsil haqqında» Qanuna edilən dəyişikliyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) də rəyi alınıb.

«İndi ən böyük yük və çətinlik də məhz bu qurumun üzərinə düşəcək. Adi bir misal gətirmək istəyirəm. Tutaq ki, 20 min gənc oğlan SHXÇDX-nin yerlərdəki şöbələri tərəfindən əvvəlcədən tərtib edilmiş siyahılarda 2017-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedəcək şəxslər kimi qeydiyyata alınıblar. Və 2017-ci ildə bu uşaqlardan müəyyən qismi ali məktəblərə qəbul olundular, yerdə qalanlar da gələn il ali təhsil almaq arzusunda olduqlarını bildirərək hazırlıq kurslarına yazıldılar. Bəs həqiqi hərbi xidmət borcunu yerinə yetirmək üçün o on minlərlə çağırışçı kontingenti necə və nəyin hesabına doldurulacaq? Onu da anlayıram ki, indi durub deyə bilərlər ki, bizdə demoqrafik məsələdə hər hansı problem yoxdur və əsgəri borcunu yerinə yetirmək üçün kifayət qədər resurslarımız var. Onda ortalığa digər sual çıxır. Birdən-birə bu qanunun tətbiqi ortalığa hansısa boşluğu çıxara bilməzmi?»